MBB/Kawasaki BK 117 Messerschmitt Bölkow-Blohm (MBB) və Kawasaki Heavy Industries (Kawasaki ağır sənaye) şirkəti tərəfindən istehsal edilmiş olan Alman-Yapon ortaq istehsalı olan çoxməqsədli helikopterdir. Helikopter, sərnişin və VİP səyahətdə populyar olub nəqliyyat, hərbi, polis, hava ambulansı, axtarış-xilasetmə kimi vəzifələrdə istifadə edilmişdir. Hal-hazırda aktiv şəkildə istifadə edilmirlər və onlar öz yerlərini Eurocopter EC145 helikopterlərinə buraxmışdırlar. İlk uçuşunu 13 iyun 1979-cu ildə həyata keçirib. 9 dekabr 1982-ci ildən aktiv xidmətə qəbul edilib. 1979-2004-cü illər arasında 443 ədəd istehsal edilmişdir. MBB Bo 105 helikopterləri əsas baza hesab edilərək bu helikopterlər yaradılmışdırlar.
Texniki xüsusiyyətləri (BK 117 B-2)
Ekipaj: 1 Sərnişin tutumu: 10 Uzunluq: 9.91 m Əsas vintin uzunluğu: 11.0 m Hündürlüyü: 3.85 m Əsas vintin sahəsi: 95.03 m² Boş çəkisi: 1,727 kq Maksimum yükgötürmə qabiliyyəti: 3,350 kq Mühərrik: 2 × Textron Lycoming LTS 101-750B-1 Qazturbin mühərriki
İstinadlar
Kateqoriya:Vertolyotlar Kateqoriya:Hərbi vertolyotlar Kateqoriya:Əlifba sırasına görə uçan aparatlar