Tatabanya () — Mərkəzi Transdunay regionunda, Macarıstanın şimal-qərbində yerləşən şəhər. Təxminən 65849 nəfər əhalisi var. Komarom-Esterqom medyesinin paytaxtıdır.
Coğrafiyası Şəhər Qerese və Vertes dağları arasındakı vadidə yerləşir və paytaxt Budapeştdən 55 km məsafədədir. Coğrafi mövqeyinə görə dəmiryol və avtomobil yollarının kəsişdiyi nöqtədə yerləşir. Vyana-Budapeşt dəmir yolu xətti də bu şəhərdən keçir.
Tarixi Arxeoloji qazıntılara əsasən insanların daş dövründən etibarən burada məskunlaşdığı məlum olmuşdur. 16-cı əsrdə Osmanlı türkləri bölgəni işğal etdi. O zamanlarda şəhərin sakinləri protestant idi. Daha sonra isə şəhərin feodal hakimləri olan Esterhazilər ərazini Roma-Katolik kilsəsinə qulluq edən almanlar və slovaklar ilə doldurdular.
1787-ci ilin əhalinin siyahıya alınmasına əsasən, Alsoqallanın 580, Felsoqallanın isə 842 nəfər əhalisi vardı. Ərazinin kömür ehtiyatı bu dövr ərzində kəşf edilmişdir. Bu zaman daxilində şəhərin əhalisi artdı və daha sonra Tatabanya kəndi kimi formalaşan yeni mədən koloniyası yaradıldı.
Sənayeləşmə dövründə Macarıstanın bir sıra şəhərləri böyük sənaye mərkəzlərinə çevrildilər. 1 oktyabr 1947-ci ildə 4 kənd Tatabanya adı altında birləşdirildi və şəhər statusunu aldı. 1950-ci ildə Tatabanya Komarom-Esterqom medyesinin paytaxtı oldu. 1980-ci ildə şəhərin 80 mindən çox əhalisi vardı.
Şəhərin sənayeləşməsi Sosialist hökumətinin süqutuna və 1989-cu ildə baş verən siyasi dəyişikliklərə qədər əhəmiyyətli olmuşdur. Bu mərhələdən sonra ağır sənayenin və mədənçıxarmanın əhəmiyyəti olduqca aşağı düşdü şəhərin iqtisadi strukturu olduqca dəyişdi.
İnfrastrukturu 2001-ci il əhalinin siyahıya alınmasına əsasən, Tatabanya 28,912 ev təsərrüfatına sahibdir və onların 60% -i mərkəzi isitmə və telefonla təmin olunmuşdur. Demək olar ki, bütün evlər TV şəbəkəsinə çıxış əldə edə bilərlər. Şəhər yollarının 98 % -nə asfalt döşənmişdir və kütləvi nəqliyyat yaxşı səviyyədə təşkil edilmişdir.
Təhsili Hal-hazırda şəhərdə iki kollec, on orta məktəb, 16 ibtidai məktəb, 18 uşaq bağçası və 5 körpələr evi var.
Mədəniyyət və idman Şəhərdə yerləşən ənönəmli mədəniyyət mərkəzi Mari Yasay teatrıdır. Şəhərdə muzeylər və kitabxanalar da daxil olmaqla bir çox digər mədəniyyət mərkəzləri də var. Tatabanyanın 1910-ci ildə yaranan FC Tatabanya adlı futbol komandası və Tatabanya Carbonex KC adlı həndbol komandası var.
Turistik yerləri Toğrul heykəli; Szelim mağarası; Yaxınlıqda yerləşən dağların və kəndlərin də turistik əhəmiyyəti böyükdür; qonşuluqda yerləşən Tata əyalətində gözəl mənzərələri göl və orta əsrlərə aid mağara var.
Beynəlxalq əlaqələr Qardaşlaşmış şəhərlər 18px Aalen, Almaniya (1987) 17px Bendzin, Polşa (2000) Kraystçerya, Böyük Britaniya (1992) Ferfild, Konnektikut, Connecticut; Amerika Birləşmiş Ştatları (1993) Pyjterfolvo, Ukrayna (2015) 17px Oderxeyu-Sekuesk, Rumıniya (2000) 17px İjevsk, Rusiya (1992)
Əməkdaşlıq etdiyi şəhərlər Arad, Rumıniya Hoqezand-Sappemer, Niderland Nove Zamki, Slovakiya Sen-Qilen, Belçika Sen-Lo, Fransa
Həmçinin bax Macarıstan şəhərləri
İstinadlar
Xarici keçidlər
Civertan.hu, Aerial photography: Tatabánya
Kateqoriya:Macarıstan şəhərləri