() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Turyançay boyu, Şimali Kiçik Qafqazda rast gəlinir.
Botaniki xarakteristikası Hündürlüyü 1 m-ə qədər olan iri koldur. Birillik budaqları yaşılımtıldır, yastılaşmış və arxaya doğru əyilmiş qopartikanlara örtülüdür. Yarpaqları 5-7 ədəd, 2,4-3,8 sm uzunluqda və 1-1,8 sm enində, lansetşəkilli və ya ellipsvarı, nazik, üst tərəfdən tünd yaşıl rəngli və çılpaqdır. Alt tərəfdən solğun seyrək tüklü, orta damarı boyu bəzən vəzili tüklə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyun aylarında çiçək açır. Kasayarpaqcıqları çiçəkləmədən sonra qabarıq, yaxud horizontal vəziyyət alır və meyvəsi qızarmağa başlıyan kimi tökülür. Çiçəkləri 2-3 olmaqla çiçək qrupuna toplaşmışdır. Meyvəsi uzunsov- ellipsşəkilli, 2 sm uzunluqdadır.
Ekologiyası Orta dağ qurşağında, nəm çəmənlərdə, meşə ətrafında, çay kənarlarında yayılmışdır.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir.
İstifadəsi Meyvələrində və çiçəklərindən dərman kimi istifadə olunur. Bəzi dağ rayonlarında yaşıllaşdırmada tətbiq olunur.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1944-cü ildə təsvir edilən bitkilər