Şamaxı FK — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib.

2004-cü ilə kimi Xəzər Universiteti 2017-ci ilə kimi İnter 2022-ci ilə kimi isə Keşlə FK adı altında mübarizə aparıb.

Tarixi thumb|left|"Keşlə" adı altında çıxış edərkən istifadə olunan loqosu.|150px "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.

Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı. Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:-) və 2:1. İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.

Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı. 2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də, yekun cədvəldə 7-ci pillə ilə kifayətlənib. 14-cü Milli çempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəldə 4-cü yerdən yuxarı qalxa bilməmişdir. Gənc komanda olmasına baxmayaraq, 2007–2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatda isə 2-ci yeri tutub. 2009–2010-cu il mövsümündə "İnter" ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdurReytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? apasport.az tarixi:2010.11.27.

2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb. 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

Liqa və kubok tarixi Mövsüm Liqa Azərbaycan kuboku Bombardir Div. Yer Oy. Q H M VQ BQ X Adı Liqa1999–001112253141941181/8 Final Samir Ələkbərov72000–0117209292638291/8 Final Ramin Nəsibov82003–2004142615654316511/8 Final A. Soxadze62004–200517341996442466Finalçı Elşən Məmmədov102005–2006142614843514501/4 Final Idahor62006–200714241365361245Yarımfinal Samir Əliyev62007–200811261844551858Finalçı Xəqani Məmmədov192008–200912261871541661Finalçı Valter Quqlielmone172009–10113222128583778Yarımfinal Robertas Poşkus122010–11153213109292449Finalçı Robertas Poşkus52011–1213321688292156Yarımfinal Baçana Tsxadadze72012–13133216973822571/4 Final Baçana Tsxadadze82013–14123620796037671/4 Final Vaqif Cavadov162014–15123217123552063Yarımfinal Mikel Alvaro92015–16143616119392859Yarımfinal Nizami Hacıyev / Mirsahib Abbasov62016–17132811107393343Yarımfinal Rauf Əliyev112017–1816288713293931Qalib Pərdis Fərcad-Azad / Adrian Skarlataçe / Slavik Alxasov42018–19182865172945231/4 Final Amil Yunanov / Conatan Ayite5

Uğurları Azərbaycan çempionatı: Qızıl medal (2) — 2007/2008, 2009/2010 Gümüş medal (3) — 2008/2009, 2013/2014, 2014/2015 Bürünc medal (3) — 2011/2012, 2012/2013, 2019/2020 Azərbaycan Kuboku: Qızıl medal (2) — 2017/2018, 2020/2021 Finalçı (4) — 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011 Azərbaycan Birinci Liqası: Qızıl medal (1) — 2023/2024 Birlik Kuboku: Qalib — 2011 1/2 finalçı — 2009

Şamaxı Avrokuboklarda Son yenilənmə: 2020-ci il

Turnir Oyunlar Q H M VQ BQ UEFA Çempionlar Liqası 6 1 3 2 3 5 UEFA Avropa Liqası 26 12 7 7 37 29 UEFA İntertoto Kuboku 4 3 0 1 6 4 Cəmi 36 16 10 10 46 38

Mövsüm Turnir Mərhələ Klub Ev Qonaq Ümumi 2004 UEFA İntertoto Kuboku 1R Breqens 2–1 3–0 5–1 17px 2R Tampere Yunayted 1–0 0–3 1–3 17px 2008–09 UEFA Çempionlar Liqası 1M Rabotniçki 0–0 1–1 1–1(a) 17px 2M Partizan 1–1 0–2 1–3 17px 2009–10 UEFA Avropa Liqası 2M Spartak Trnava 1–2 1–3 1–5 17px 2010–11 UEFA Çempionlar Liqası 1M Lex Poznan 0–1 1–0 1–1(8–9 p.) 17px 2012–13 UEFA Avropa Liqası 1M Narva Trans 5–0 2–0 7–0 17px 2M Asteras Tripolis 1–1 1–1 2–2(2–4 p.) 17px 2013–14 UEFA Avropa Liqası 1M Mariehamn 1–1 2–0 3–1 17px 2M Tromsö 1–0 0–2 1–2 17px 2014–15 UEFA Avropa Liqası 1M Tiraspol 3–1 3–2 6–3 17px 2M Elfsborq 0–1 1–0 1–1(3–4 p.) 17px 2015–16 UEFA Avropa Liqası 1M Laçi 0–0 1–1 1–1(a) 17px 2M Hafnarfyordur 2–2(ə.v.) 2–1 4–3 17px 3M Atletik Bilbao 0–0 0–2 0–2 17px 2017–18 UEFA Avropa Liqası 1M Mladost Luçani 2–0 3–0 5–0 17px 2M Fola Eş 1–0 1–4 2–4 17px2018–19UEFA Avropa Liqası1M Balzan 2–1 1–4 3–517px2020–21UEFA Avropa Liqası 1M Laçi 0–0(4–5 p.) 17px2021–22UEFA Konfrans Liqası 2M Soçi 2–4 0–3 2–7 17px

Heyəti

2025-ci ilin sonuna olan məlumatına əsasən Şamaxı FK heyət dəyəri 6.55 milyon avro təşkil edir.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:2004-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Premyer Liqası klubları