Subyektin özünüidarəetmə identifikasiya kodu () — bəzi ölkələrdə (Almaniya, Avstriya, İsveçrə) şəxsi idarəetmə subyektin birmənalı şəkildə müəyyənləşdirmək üçün istifadə olunan rəqəmsal ardıcıllıq.
Regionları müəyyənləşdirmək üçün istifadə olunan digər sistemlər də mövcuddur (poçt indeksi, NUTS).
Almaniya Almaniyada identifikasiya kodları əsasən statistik məqsədlər üçün istifadə edilir və dövlətin statistik orqanları onları vermək üçün məsuliyyət daşıyırlar.
Strukturası Almaniyada identifikasiya kodu 8 rəqəmdən ibarətdir. İlk İki rəqəmi torpaq, üçüncüsü — inzibati rayon. İnzibati rayonlar olmadığı torpaqlarda üçüncü rəqəm 0 təşkil edir. Dördüncü və beşinci rəqəmlər rayonun və ya şəhərin torpaq tətərfdən idarə edilməsinin, altıncı, yeddinci və səkkizinci — yerli hökumətin aktual subyektini özünüidarəetməni göstərir.
Nümunələr 08 1 11 000 — Ştutqart 08 — Baden-Vürtemberq torpağı 1 — Ştutqart inzibati rayonu 11 — Ştutqart torpaq tabeliyində olan şəhəri 000 — (torpaq tabeliyində olan bir şəhər olaraq, Ştutqartda daha bir bölmə yoxdur)
Federal torpaqlar Federativ dövlətlər şimaldan cənuba (1-9), Almaniyanın Federativ Respublikasına (10) və əlifba sırasına (11-16) qoşulma xronoloji qaydada verilir.
01: Şlezviq-Qoltşteyn 02: Qamburq 03: Aşağı Saksoniya 04: Bremen 05: Şimali Reyn — Vestfaliya 06: Qessen 07: Reynland-Pfalts 08: Baden-Vürtermberq 09: Bavariya 10: Saar 11: Berlin 12: Branderburq 13: МMeklenburq — Pomeraniya 14: Saksoniya 15: Saksoniya-Anxalt 16: Türinqiya
Xarici keçidlər Almaniyanın Statistika İdarəsi
Avstriya Struktura Avstriyanın identifikasiya kodu 5 rəqəmdən ibarətdir. İlk rəqəm federal dövləti (əlifba sırası ilə), ikinci və üçüncü — rayon, dördüncü və beşinci — yerli hökumətin aktual subyektini özünüidarəetməni göstərir.
Nümunələr 3 25 21 — Rappottenştayn
3 — Aşağı Avstriya 25 — Tsvetl rayon 21 — Rappottenştayn icma
9 07 01 — Vena, 7. Noybau
9 — Vena 07 — Noybau (Venanın 7-ci rayonu) 01 —
Federativ torpaqlar 1: Burqenland 2: Karintiya 3: Aşağı Avstriya 4: Yuxarı Avstriya 5: Zaltsburq 6: Ştiriya 7: Tirol 8: Forarlberq 9: Vena
Xarici keçidlər İdentifikasiya kodları ilə bütün icmaların siyahısı
Kateqoriya:Dövlət hüququ Kateqoriya:Avropa ölkələrinin inzibati bölgüsü Kateqoriya:Geokodlar