Sebastian Reyman (; 13 yanvar 1978, Helsinki, Finlandiya) — Finlandiya müğənnisi, aktyor və televiziya aparıcısı. O, The Giant Leap musiqi qrupunun vokalisti və gitara ifaçısıdır. Onun eyni zamanda Sebastian & The 4th Line Band qrupu da mövcüddür.

29 yanvar 2018-ci il tarixdə Reymanın məşhur DJ Darude ilə birlikdə Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir.

Həyatı Sebastian Reyman 13 yanvar 1978-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində anadan olmuşdur. O, kiçik yaşlarından fin və isveç dillərində səlis danışa bilir. Reyman aktrisa İna Kuustonen ilə evlidir və cütlüyün bir qızı və bir oğlu var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Finlandiyada doğulanlar Kateqoriya:Finlandiya müğənniləri Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Finlandiyanın "Avroviziya" təmsilçiləri