Discovery Family (əvvəllər — ) — 1996-cı il 7 oktyabrda yayıma başlamış amerikan kabel və peyk televiziya kanalı. Kanal Discovery Communications və Hasbro şirkətlərinin birgə müəssisəsidir.

Discovery Family kanalı iki auditoriya növünə malikdir: gündüz vaxtı uşaqlar üçün öz proqramlarının və əldə edilmiş televiziya proqramlarının nümayişi, axşam və gecə vaxtlarında isə ailənin baxması üçün köhnə televiziya komediyalarının, dram və bədii filmlərin təkrarı.

Şirkətin prezidenti Henri Şliffdir (Henry Schleiff). Televiziya kanalının baş icraçı direktoru Fox Kids-in keçmiş direktoru Tom Kosqrouv (Tom Cosgrove) idi. Hub Network (2010–2014) televiziya kanalının prezidenti və icraçı direktoru televiziya veteranı olan Marqaret Leş (Margaret Loesch) idi.

Kanalın tamaşaçı auditoriyası təxminən 60 milyon insanı əhatə edirdi. 13 oktyabr, 2014-cü ildə Hub Network televiziya kanalı Discovery Family kanalına çevrildi. 14 sentyabr, 2017-ci ildə Fransada fransız versiyası yayıma başladı. Bu versiya uşaqlar üçün proqramlar yayımlamırdı və yalnız SFR platformasının abunəçiləri üçün yayımlanırdı.

Xarici keçidlər Rəsmi sayt (praym-taym) Rəsmi sayt Discovery Family Discovery Family (ilk səhifəsi Hub Network) Facebook Discovery Family (ilk səhifəsi Hub Network) Google+ Discovery Family Twitter Discovery Family (ilk səhifəsi Hub Network) Twitter Discovery Family (ilk kanal Hub Network) YouTube Kateqoriya:ABŞ televiziya şəbəkələri Kateqoriya:İngilis dilində televiziya kanalları