Molla Zal () - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babasıdır (ata babası).
Həyatı Molla Zal 19-cu əsrin 5-10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur.
Ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Zal və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar.
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır.
Zalgil 6 qardaş olmuşlar.
Qaçaq Nəcəf - Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır. İsmi - Qazax rayonunun Daş Salahlı kəndində yaşamışdır. Soyu Daş Salahlıda İsmiyevlər kimi tanınır. Talıb - Qazax rayonunun Ağköynək kəndində yaşamışdır. Soyu Ağköynəkdə Talıbovlar kimi tanınır. 5-ci qardaş - Borçalının Qardabani rayonunun Soğanlıq kəndində yaşamışdır. Qardaşlarından Nəcəflə əlaqəsi sıx olmuşdur Kiçik qardaşları - Qazax rayonunun Xanlıqlar və ya Kosalar kəndlərindən birində yaşamışdır.
Həmçinin bax Qıraq Kəsəmən Xoy şəhristanı Xoy
İstinadlar
Mənbə
Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh.
Kateqoriya:Qaçaqlar Kateqoriya:Nəcəflilər