Sarıdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sarıdaş kəndi Nadirxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıdaş kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Toponimikası XIX əsrdə Qılıçlı kəndindən ayrılmiş ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə "sarı rəngdə olan qaya" mənasındadır.
Kənd Sarıyal dağının ətəyində yerləşir. Sarıyal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşları sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Coğrafiyası və iqlimi Kənd Lev çayı ilə Tərtərçayın arasında, dağətəyi ərazidə yerləşir.
Yaylaqları Söyüdlü yaylağı, Qonur yurd, Sarıbulaq yurdu, Çırçır yurd, Ələmağacı yurdu, Cajıxlı yurd, Sarıyal yurdu.
Bulaqları Korabulaq, Gur bulaq, Böyük bulaq, Daş bulaq, Şərəbanı bulağı, Ələsgərli bulağı, Göy bulaq, Böyük yurdun bulağı, Nazlı bulaq, Cajıxlı bulaq, Sarı bulaq, Çırçır bulaq, Qoşa bulaq, Qarağatlı bulaq.
Məşhur yerləri Fərzalının yeri, Ədilin yeri, Sarıtəpə, Abbaslar tələsi, Yolkeçən, Gülənbərin yurdu, Komalanburnu, Ardışlıgüney, Qamış, Reyhanın yurdu, Nadirin yeri, Fərzalının çalası, Dikyurd, Göydağ, Sarıgüneyin meşəsi, Quzeytapı, Dağdamı, Qaradaş, Cajıxlı, Ardışlı güney, Mirzəalının dərəsi, Yolkeçənin dərəsi, Ayrım yolaşırımı, Güneypəyə yolaşanı, Arxacyeri, Açıqtəpə, Ağqılış, Yazyurdu, Sonaqaçan, Şahpəriqaçan, Çüxurqanad, Əlinin yeri, Qaradaşın boynu, Nəcəfdamı, Balakişi artlayan, Kotanyeri, Tap.
Binələri və qışlaqları Yalkənd binəsi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri