M14 – ABŞ istehsalı olan 7,62x51 çapında gilizlərdən istifadə edən avtomatik snayper tüfəngidir. Silah Vyetnam müharibəsindən başlayaraq bu günə qədər ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə olunur. M14; G3, FN FAL kimi silahlara oxşar şəkildə geriyə təpməsi olduqca yüksəkdir. Yerini M16 kimi 5.56 mm-lik gilizlərdən istifadə edən silahlara verib. MK14 EBR adında yeni bir modeli də mövcuddur.

Xüsusiyyətləri thumb|300px|right|7.62 mm-lik "M14" avtomatik snayper tüfəngi

İstehsalçı ölkə:

Növü: avtomatik snayper tüfəngi

İstehsal tarixi: 1957 – 1964

İstismar tarixi: 1959 – günümüzə

Boş olarkən çəkisi: 4.1 kq

Dolu olarkən çəkisi: 5.2 kq

Uzunluğu: 1126 mm

Açıq qundaq və birləşdirilmiş süngü bıçaqla birlikdə uzunluğu: 1285 mm

Lülənin uzunluğu: 559 mm

Lülənin kalibri — 7.62 mm

Giliz: 7,62×51 mm

Atış tipi: Qaz dövriyyəsi, dönən çaxmaq

Nişangah məsafəsi – 400 metr

Optik nişangahla: 500 metr

Təsirli atəş məsafəsi – 460 metr

Güllənin zədələyici təsir məsafəsi – 800 metr

Güllənin başlanğıc sürəti – 850 metr/saniyə

Atəş tezliyi – Tək-tək: 30–60 atəş/dəqiqədə; Avtomatik: 700–750 atəş/dəqiqədə

Atəş rejimi – tək-tək, avtomatik

Daraqın tutumu – 20 ədəd

Nişangah – Dioptrik

Optik nişangahlar: ART TEL I; ART TEL II

İstinadlar

Kateqoriya:ABŞ avtomatları Kateqoriya:7,62 mm tüfənglər Kateqoriya:ABŞ tüfəngləri Kateqoriya:ABŞ snayper tüfəngləri Kateqoriya:1957-ci ildə yarananlar Kateqoriya:Avtomat tüfənglər Kateqoriya:TRW hərbi məhsulları Kateqoriya:Winchester kiçik silahları Kateqoriya:7.62×51 mm NATO üçün nəzərdə tutulmuş silahlar