Anar Kərimov () — Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini.
Həyatı Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var.
Fəaliyyəti Həmin ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005–2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007–2010-cu illərdə İslam İnkişaf Bankında (S. Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010–2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011–2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan — İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A. Kərimov Bakı Dövlət Universitetində hüquq fakültəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. 2019–2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli Sərəncamı ilə maliyyə nazirinin birinci müavini təyin olunub və hazırda həmin vəzifədə çalışır.
İstinadlar
Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri