Bağlıpəyə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağlıpəyə kənd inzibati ərazi dairəsində kənd.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu o cümlədən Bağlıpəyə kəndi işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

Tarixi Bağlıpəyə Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Kəndin ərazisində qayalıqdakı mağara yaxınlığında keçmişdə kolanılara məxsus mal-qara saxlanılan pəyə yerləşirdi. Mağaranın uc tərəfi bağlı olduğu üçün ərazi belə adlanırdı. Kəndin adı əvvəllər Bağlıpeye olmuşdur. Keçmişdə Kolanı tayfasının Məşədi Salahlı nəslinə mənsub ailələr burada məskunlaşmışdılar. Oykonim bağlı və pəyə (tövlə) sözlərindən düzəlib, "qapalı, bağlı tövlə; heyvanların bağlandığı yer" deməkdir.

İşğal dövrü Kənd işğal olunduqdan sonra Ermənistan rəhbərliyi bura ermənilərin məskunlaşdırılmasına başlayıb. 1999–2000-ci illərdə bura Goranboy rayonunun Erkəç kəndindən qaçqın düşmüş ermənilər məskunlaşıb. Kəndin adı isə dəyişdirilərək Nor Erkeç qoyulub. İşğal dövründə kənddə 130 erməni yaşayıb. 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər yaşayış yerləri ilə birlikdə bu kənddə azad edilib.

Yaylaqlar Qalayçılar yurdu, Hapım yurdu, Xırmanlar yurdu, Əvəlikli yurd, Taqqıldağ yurd, Daşarası yurd, Buzluq boynu yurdu, Qanlıgöl yurdu, Həmzəçimən yurd, Çöplü göl yurdu, Göydağ yurdu, Yalaq yurd, Kərəmli dağının yurdu, Qızxanclı yurdu.

Bulaqlar Yarpızlı bulaq, Daş bulaq, Məşədi Salahın bulağı, Damcılı bulaq, Şırşır bulaq.

Məşhur yerlər Şişqaya, Qaragüney, Qaraqaya, Ağqaya, Ocaq təpəsi, Başıaçıqtəpə, Qargüney, Qaraquzey, Marallı meşəsi, Əhəng quyusu, Quyular, Yalavan, Cəfərölən dərə, Müzəffərin biçənəyi, Alçalı boyun, Armudlu boyun, Qozlu çüxur, Marallı güney, Məcidin kolavatı, Cəfərin kolavatı, Palıdlı, Qanlıgöl, Dolayılar, Əkinlər, Yumruqoruq, Zoğallı çüxur, Kəmərqaya.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

İstinadlar

Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq

Həmçinin bax

Laçın rayonu

Kəlbəcər rayonu

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri