Şarl Laval (, ) — sintetizm incəsənət cərəyanın (postimpressionizm) və "Pont-Aven Məktəbi" ilə bağlı fransız rəssamı.

Bioqrafiyası Şarl Laval Parisdə anadan olub, anası — polyak, atası — fransız, peşə memarıdır idi. Leon Bonna və Fernan Kormonun şagirdi kimi Laval Paris salonuna bukolik mənzərə əsərləri "Barbizonda kənd həyəti" (Cour de ferme à Barbizon) göndərdi. 1883-cü ildə salona qatıldı. Onun dost sənətşünasları arasında Tuluz-Lotrek, Emil Bernar və Lui Anketen kimi məşhur rəssamlar var idi.

Qogenlə görüşü Pol Qogen və Laval 1886-cı ildə Pont-Aven şəhərində yerləşən madam Qloanekin hostelində bir araya gəldi və daha sonra yoldaş oldular.

1887-ci ildə Qogen və Laval "digər" sənətə açar tapmaq üçün ekzotik axtarışları Panamaya yola düşdülər. Əlavə pul qazanmaq üçün Laval Leon Bonna studiyasında əldə etdiyi təcrübəsini istifadə edərək bir neçə akademik portret yazmışdır. Bir sıra uğursuzluqlar Laval və Qogenə materikdən ayrılaraq Martinikaya getməyə məcbur etdi.

Sintetizm Laval dizenteriya xəstəliyindən əziyyət çəkirdi, buna görə də bir neçə dəfə özünə qəsd etmək istəyib. 1888-ci ildə Laval Antil adalarından qayıtdı və Qogenə rəsm əsərlərini və akvareli nümayiş etdirdi. Bu arada Qogen gənc rəssam olan Emil Bernar ilə yoldaşlıq edirdi.

Pont-Aven şəhərində Laval vərəm xəstəlindən əziyyət çəkirdi buna görə də çox az çəkiridi. Mübadilə üçün Vinsent van Qoq ona avtoportret sifariş etdiVan Gogh Museum Retrieved April 6, 2011,.

Seçilmiş əsərləri

Həmçinin bax Sintetizm Pont-Aven məktəbi İstinadlar

Xarici keçidlər

Orse muzeyində əsərləri Kateqoriya:Parisdə vəfat edənlər