— qadın nindza və ya nincitsu (ninpo) ilə məşğul olan qadın.

Etimologiya thumb|upright|女 kancisi くノ一 olur.

Versiyaya görə "Kunoiçi" termini yapon dilində "qadın" sözünü yazmaq üçün istifadə olunan 女 kancisini təşkil edən xətlərin hiraqana, katakana və kanci oxunuşlarından yaranmışdır. "く" hiraqanası "ku" kimi oxunur "ノ" katakanası "no" kimi oxunur "一" kancisi "içi" kimi oxunur, mənası "bir"dir. "Kunoiçi" termini Edo dövründə elə də geniş istifadə olunmayıb. Çünki həmin dövrdə qadın kancisi düz yazıda yox, kursiv yazıda yazılırdı və buna görə də kursiv yazıda qadın kancisini く, ノ və 一 işarələrinə ayırmaq mümkün deyildi.

Tarixi istifadəsi Nindzalar üçün əl kitabçası kimi tərtib olunmuş "Bansenşukay" kitabının 8-ci cildində sözü təsvir olunur. Bu termin "qadından istifadə etmək üçün texnika" kimi tərcümə oluna bilər.Seiko Fujita, From Ninjutsu to Spy Warfare (忍術からスパイ戦へ). Higashi Shisha, 1942. Sözün "qadın nindza" şəklində tərcümə olunması son dövrlərə təsadüf edir. İlk dəfə 1964-cü ildə yazıçı Futaro Yamada romanında bu sözü bu mənada işlətmişdir və sonrakı illərdə populyar olmuşdur.

Həmçinin bax Moçizuki Çiyome Onna-buqeyşa

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Nindza Kateqoriya:Yaponiya qadınları Kateqoriya:Yapon döyüş sənəti terminologiyası