Yuriyus Veklenko (; 1990, Klaypeda, Litva) — Litva müğənnisi. O, "Run with the Lions" mahnısı ilə Litvanın milli seçim turunda qələbə qazanaraq, Litvanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
Yuriyus daha öncə 2013 və 2015-ci illərdə Litva təmsilçilərini Avroviziya səhnəsində dəstək vokalçı olaraq müşayiət etmişdir. Bundan başqa isə 2017-ci ildə Litvanın milli seçim turunda Lolita Zero ilə birlikdə "Get Frighten" mahnısını ifa etmişdir.
Diskoqrafiya Sinqllar Mahnı adı İl "Run with the Lions" 2019
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Litvada doğulanlar Kateqoriya:Litva müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Litvanın "Avroviziya" təmsilçiləri