Vyetnam Qırmızı Xaç Cəmiyyəti — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının üzvü (Milli Cəmiyyət). Baş qərargahı Hanoy şəhərində yerləşir. Təşkilat Birinci Hindçin müharibəsi dövründə yaradılmışdır və ilk olaraq iki filialı vardı. Şimal filialı 1946-cı ildə Hanoy şəhərində əsası qoyulmuş və Cənub filialı isə 1951-ci ildə Hoşimin şəhərində Ho Van Nhut tərəfindən yaradılmışdır.Lê Văn Trá. L’oeuvre de la Croix Rouge Vietnamienne – Une longue interview du Dr Hồ Văn Nhựt. L’ami du peuple, Saigon, 26 Juillet 1953. Directeur–Fondateur: Nguyễn Thế Truyền.

Cənub filialı Şimal filialından ayrı fəaliyyət göstərmiş və Birinci Hindçin müharibəsi zamanı Şimali və Cənubi Vyetnam arasında baş verən qarşıdurmada zərər çəkən Vyetnam vətəndaşlarına və təbii fəlakətlərdən ziyan görən əhaliyə yardım etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən rəsmi olaraq tanınmışdır.Véronique Harouel-Bureloup. L'action du CICR en Indochine. Media & Humanitaire. Təşkilatın rəsmi adı Vyetnam Qırmızı Xaçı idi və baş qərargahı Hoşimin şəhərində təşkilatın şərəfinı adlandırılmış küçədə yerləşirdi. 1954-cü ildə Cenevrə konfransından sonra VQX-ı qaçqın düşən milyonlarla vyetnamlıya yardım proqramında mühüm rol oynadı.

Həmçinin bax Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı

İstinadlar

Xarici keçidlər Vietnam Red Cross Profile Vietnam Red Cross official web site Vietnam Red Cross official web site (English)

Kateqoriya:Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Kateqoriya:1951-ci ildə yarananlar