() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.

Arealı Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır.

Botaniki xarakteristikası Görünüşünə görə pompenusa çox oxşayır. Ondan meyvəsinin xırda və basıqkürəvi olması, salxımda sıx yerləşməsi, həmçinin çiçək və yarpaqlarının xırdalığına görə də fərqlənir. Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toxumları çox rüşeymlidir. Meyvəsi çox qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir.

Ekologiyası Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması Cənub zonasında mədəni halda rast gəlinir.

İstifadəsi Meyvəsinin tərkibində limon turşusu, şəkər və müxtəlif vitaminlər var. İştah artırır, şəkərlə yeyilir.

Qreypfrut C vitamini baxımından zəngindir. Yarım qreypfrut C vitamini tələbatının 60 faizini ödəyir. Tərkibində xolesterolu aşağı salan pektin maddəsi var. Xərçəngə qarşı qoruyucu vasitədir. İştahaçıcıdır. Qreypfrut soyuqlamanın dərmanıdır, həzm sisteminin fəaliyyətini gücləndirir, diş ətindəki qanaxmaların qarşısını alır, kapilyar damarlarda qan dövranını sürətləndirir, mədə və mədəaltı vəzinin xərçəng xəstəliyinə tutulmaq ehtimalını azaldır, təzyiqi nizamlayır, sidikqovucu xassəyə malikdir. Yağlı yeməklərdən sonra 1 stəkan qreypfrut şirəsi içilərsə, yeyilən qida mədədə ağırlıq yaratmaz.

Sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Bitki hibridləri