Mixail Mixaylov (; d. 6 iyul 1959, Alexovşina, Leninqrad vilayəti, RSFSR, SSRİ) — sovet futbolçusu, qapıçı. Beynəlxalq dərəcəli SSRİ idman ustası (1986). SSRİ əməkdar idman ustası (1986).
Həyatı Mixail Mixaylov "Zvezda" futbol məktəbinin yetirməsidir. İlk məşqçisi Viktor Tretyakov olub.Из книги Алексея Бабешко и Андрея Бабешко: «Шахтёру» — 70 лет. Кто есть кто. Футболисты «Шахтёра» 1936—2005
Karyerasının əvvəlində "Zvezda" (1977-1978) və "Dnepr" (1979-1980) klublarında çıxış edib.
1980-ci ilin iyulunda Kiyev "Dinamo"suna dəvət olunub. "Dinamo"nun əsas qapıçısı Viktor Çanovun zədələnməsindən sonra klubun heyətində yerini möhkəmlədib və komandanın əsas qapıçısına çevrilib. 1988-ci ildə Bakının "Neftçi" klubuna keçib.
1989-cu ildə bir mövsüm "Şaxtyor Donetsk" komandasında çıxış edib. Karyerasını 1993-cü ildə Yunanıstanın "Apollon Smirnis" klubunda başa vurub.
1993-cü ildən qapıçılarla işləyən məşqçidir.
Nailiyyətləri UEFA Kuboklar Kuboku sahibi (1986). SSRİ çempionu (1981, 1985). SSRİ Kuboku sahibi (1985). SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında — 2-ci yer, 1985-ci ildə. ІІ dərəcəli "Xidmətlərə görə" ordeni (2016) ІІІ dərəcəli "Xidmətlərə görə" ordeni (2004)
İstinadlar
Xarici keçidlər FootballFacts.ru saytında profili Fcdynamo.kiev.ua saytında profili
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Dnepr FK futbolçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Dinamo Kiyev FK məşqçiləri Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları