thumb|300px|XX əsrin əvvəllərində Heliosentrik sistem fikrinin tərəfdarlarının diffuziya hadisəsini özündə əks etdirən modeli Diffuzionizm ( — tökülmə, sızma), mədəni diffuzionizm (), transkultural diffuzionizm () — mədəniyyətin bir mərkəzdən digərinə sosial inkişafın əsası kimi baxan sosial antropologiya, mədəni antropologiya, mədəni coğrafiya və etnoqrafiya (etnologiya), mədəniyyətşünaslıq, arxeologiya, sosiologiya istiqamətləri.

Bu istiqamət təkamülçülərə reaksiya olaraq inkişaf etdi. Sonunculardan fərqli olaraq, diffuzionistlər əsasən fəth, ticarət, müstəmləkəçilik və yalnız ikincisi — inkişafın intrasistem amilləri kimi mədəniyyətin yayılması vasitələrinə diqqət yetirirdilər. Diffuzionizm bəşəriyyətin ilk tarixinin öyrənilməsinə əsas diqqəti yönəltdi.

Diffuziyaçı fikirlər Avstriya və Almaniya kimi ölkələrdə ən çox yayılmışdır.

Diffuziya anlayışı XIX əsrin sonu XX əsrin əvvəllərində antropologiyada təkamül nəzəriyyəsinin çatışmayan cəhətləri və qapalılığına cavab olaraq yeni fikirlər və ideyalar formalaşdı. Belə ki, bu dövrdə əldə olunan etnoqrafik materialların yalnız təkamül ideyaları sistemində tədqiqi və araşdırılması qeyri-mümkün olmuşdu. Bunun sayəsində diffuzionizm cərəyanı formalaşmışdı. Diffuzionizmin formalaşmasının ikinci mühüm səbəbi isə araşdırmaların və tədqiqatların forma və mahiyyətinin dəyişməsi idi. Belə ki, bu dövrdə tədqiqatçıların özləri bilavasitə tərtib etdikləri xüsusi proqramlar əsasında araşdırma və tədqiqatlar aparmağı digərlərinin topladıqları materiallardan istifadə etməkdən üstün tuturdular.

Diffuziya termini fizikadan götürülüb və latın dilində "nüfuz etmək" mənasındadır. Mədəniyyətin öyrənilməsi sahəsinə tətbiq edilən diffuzionizm termini müxtəlif xalqlar və qəbilələr arasında mədəniyyətin və onun elementlərinin müxtəlif əlaqələr vasitəsilə yayılmasını nəzərdə tutur. Bu əlaqələrin ən əsas formaları ticarət, köçlər və işğallardır. Diffuzionistlərin fikrinə görə tarixi inkişaf prosesinin əsas mahiyyətini diffuziya, yəni əlaqələr, toqquşmalar, mədəni elementlərin əxz olunması, mədəniyyətin digərlərinin təsiri ilə dəyişməsi və s. təşkil edir. Təkamülçülərin əsas ideyalarından biri olan eyni tarixi şəraitdə və eyni iqlim və təbii coğrafi məkanda eyni mədəni elementlərin yaranıb inkişaf etməsi ideyasını diffuzionistlər qəbul etmirdilər. Onların fikrinə görə insan mədəniyyətinin müxtəlif gerçəklikləri və elementləri tarixi qanunauyğunluqların fəaliyyəti sayəsində deyil, təsadüflər sayəsində yaranır və bir dəfə yaranmış bu elementlər digər ərazilərə yayılır və insan mədəniyyətinin tərkib hissəsi olur.

Diffuzionistlər Diffuzionistlər ümumiyyətlə tarixi inkişaf qanunauyğunluqlarının olmasını inkar edirdilər. Onlar tərəqqi anlayışının nisbi olduğunu göstərirdilər. İnsan mədəniyyətinin bu və ya digər bir elementi hər hansısa bir cəmiyyətdə inkişafa səbəb olursa, digər bir cəmiyyətdə deqredasiyaya gətirib çıxara bilər. Diffuzionistlər mədəniyyət elementlərinin məkan-zaman daxilində hərəkət etməsini qəbul etdikləri halda, təkamülçülərdə bu yox idi. Diffuzionizmin demək olar ki, bütün qollarında əsas ideyalardan biri mədəniyyətin bir mərkəzdən digər bölgələrə yayılması ideyasıdır. Təsadüfi deyil ki, antropologiya tarixində diffuzionistlər mədəniyyət elementlərinin kortoqrafiyasını verməyə çalışan ilk tədqiqatçılar olmuşlar. Əksər diffuzionistlər mədəni tarixi areallar, mədəni tarixi mərkəzlər kimi anlayışlardan istifadə edirdilər. Bəziləri isə bəşər sivilizaiyalarının bir tarixi mərkəzdən yayılması ideyasını müdafiə edirdilər. Diffuzionizmin əsas istiqamət və nümayəndələrindən ibarət olan Almaniyada tarixi mədəni məktəb özü də iki qola bölünürdü. Frits Qrebner və Vilhelm Şmidt. ABŞ-də bu məktəb "eycan era" adı ilə məşhurdur. Bura Eduard Sepir, Belvin Xertkoviç, Bencamin Uorf və başqaları daxildir. İngiltərədə əsasən hiper diffuzionizm formasında mövcud olan diffuzionizmin əsas nümayəndələri Eliot Smit, Uilyam Rivers və Uilyam Perri olmuşdur.

Bütün diffuzionistlərin mənəvi atası isə antropocoğrafiyanın banisi Fridrix Ratsel hesab olunur. O, "Antropocografiya", "Xalqşünaslıq", "Yer kürəsi və həyat" əsərlərində hələ XIX əsrin əvvəllərində məşhur alman səyahətçisi, bioloqu, həkimi Vilhelm Umbolt tərəfindən irəli sürülmüş coğrafi determinizm nəzəriyyəsini müdafiə edirdi. Ratsel, xüsusən də "Antropocoğrafiya" və "Xalqşünaslıq" əsərlərində bəşəriyyətin yer kürəsində yerləşməsi, mədəniyyətlərin yer kürəsində yayılmasının coğrafi şəraitlə əlaqəsini müəyyənləşdirməyə səy etmişdir. Bu məqsədlə o, coğrafi mühitin müxtəlif tayfaların daxili həyatına təsirini müəyyənləşdirməyə çalışmışdır. Ratselin ən mühüm xidməti ondan ibarətdir ki, mədəniyyətin tayfalar və xalqlar üzrə paylanmasını coğrafi məkan baxımından müəyyənləşdirib, sistemləşdirmişdi. Onun əsas irəli sürdüyü ideya ondan ibarətdir ki, ayrı-ayrı xalqların və qəbilələrin mədəniyyətinin fərqli olmasının səbəbi təbii coğrafi şəraitin müxtəlifliyidir. Lakin, əksər bölgələrdə biz mədəniyyətlər arasında böyük fərqlər görmürük, bunun isə səbəbi mədəniyyətin yayılması, müxtəlif bölgələr arasında mövcud olan əlaqələrdir. Ratselin bu ideyası diffuzionistlərin əsas ideyasına, amalına çevrildi. Bu səbəbdən də o, mədəniyyətlərin məkan daxilində yayılmasını ictimai tərəqqinin əsas ünsürlərindən biri hesab edirdi. Ratsell mədəniyyət elementlərinin yayılmasının əsas iki formasını göstərirdi:

Mədəniyyətin bütün kompleksinin qısa zaman ərzində çox tez və tamamilə yerdəyişməsi. Bunu Amerika antropoloqları sonralar akkulturasiya adlandırırdılar. Mədəniyyətin ayrı-ayrı elementlərinin bir tayfadan, xalqdan digərinə ötürülməsi.

Mədəni elementlərin yerdəyişməsi, bir xalqdan digərinə keçməsi məsələsinə toxunanda Ratsel göstərirdi ki, heç də bütün mədəniyyətlər eyni formada əxz olunmurlar. O göstərirdi ki, dünyanın bütün bölgələrində dini inamlar, miflər və ümumiyyətlə mənəvi mədəniyyətin elementləri dəyişməzdir. Amma təsərrüfat sahəsində, maddi mədəniyyətdə dəyişiklər çox sürətlə baş verir. Mədəniyyətin elə elementləri var ki, onları zorla da dəyişdirmək mümkün deyil. Digərlərinin isə dəyişməsinin qarşısını almaq mümkün deyil.

Ratsel göstərirdi ki, mədəniyyəti öyrənən insanların əsas məqsədlərindən biri də mədəni dairələrin, mədəni bölgələrin öyrənilməlisidir. Bu mədəni bölgələrin yaranmasını çox qədim dövrlərə şamil edirdi. O, diffuzionzmin bir elmi fikir cərəyanı kimi formalaşmasında əsas istiqamətləri də müəyyənləşdirmişdir:

Mədəniyyətlərin qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsi; Mədəniyyətlərin qarşılıqlı təsir nəticəsində dəyişməsinin istiqamətlərinin müəyyənləşdirilməsi; İlkin mədəni mərkəzlərin coğrafi mövqeyinin müəyyənləşdirilməsi.

Frits Qrebner yaxud Köln məktəbi Diffuzionizmin əsas istiqamətlərindən biri "mədəni dairələr" istiqamətidir. "Mədəni dairələr" istiqamətinin banilərindən biri Frits Qrebnerdir. Qrebner antropologiyada Ratsel tərəfindən irəli sürülən bir çox ideyaları özünəməxsus şəkildə izah edəcәk yeni bir istiqamətin əsasını qoymuşdur. Təhsilinə görə tarixçi-mediyevis olan Qrebner Berlin və Marburq univetsitetlərində təhsil almışdır. 1904-cü ildə Berlin Antropologiya Cəmiyyətində "mədəni dairələr" haqqında təlim məruzəsi ilə çıxış etmiş və "Okeaniyada mədəni dairələr və təbəqələr" əsəri ilə təliminin əsas müddəalarını izah etmişdir. O, qeyd edirdi ki, mədəniyyətin elementləri müəyyən bir zaman kəsiyində coğrafi məkanda yaranır və sonra diffuziya nəticəsində digər ərazilərə yayılır. Bu səbəbdən o, mədəniyyətin elementlərini kartoqrafiya etməyə çalışırdı. Müəyyən mədəni elementlərin məcmusu mədəni dairəni təşkil edir. Bir çox hallarda mədəni dairələr üst-üstə düşür və onlar mədəni təbəqələri yaradırlar. Onun fikrinə görə mədəni təbəqələrdə mərkəzdə yerləşən mədəni dairələr daha sonra formalaşıb, kənarda olanlar isə daha qədimdə yarananlardır. Yəni, yeni gələn mədəniyyət köhnəsini sıxışdırır mərkəzi tutur, köhnəsi isə məcbur olur qırağa çəkilir. Qrebner diffuziyanın istiqamətini müəyyənləşdirmək üçün də müəyyən qayda fikirləşmişdi.

O, göstərirdi ki, mədəni dairənin periferiyasında həmin mədəni dairə üçün səciyyəvi olan elementlərin ən sıx yerləşdiyi bölgə diffuziyanın baş verdiyi istiqamətdir. Avstraliya və Okeaniyada o, 8 mədəni dairə müəyyənləşdirir və hər bir mədəni dairə üçün də 8–10 elementin xarakterik olduğunu göstərir. Məsələn, totem mədəni dairəsi üçün nizə, tək ağac gövdəsindən hazırlanmış qayıq, ekzoqamiya, torpaqüstü qəbirlər, günəş mifologiyası, totem ayinləri və s. səciyyəvi olduğunu göstərir. Qrebnerin həmfikri Ankerman Afrikada da bu cür mədəni dairələr müəyyənləşdirir.

F. Qrebner "Cənub dənizində sosial sistemlər", "Melaneziyanın ox kaman mədəniyyəti", "Etnologiya", "Etnologiya metodu" və s. əsərlərində irəli sürdüyü konsepsiyanı daha da təkmilləşdirir. Qrebner qeyd edirdi ki, mədəniyyətin hər bir elementi bəşər tarixində bir dəfə yaranır və sonra diffuziya nəticəsində bütün dünyaya yayılır. O, diffuziyanın iki formasını müəyyənləşdirir. Transmissiya və miqrasiya. Transmissiya köçlərin baş verməməsi nəticəsində baş verən diffuziyadır. Burada deyilir ki, mədəniyyət özü yayılır, onu yaradanlar yerlərində qalır. Miqrasiya isə mədəniyyətin yaradıcıları ilə birlikdə yerdəyişməsidir. Qrebner göstərirdi ki, faktiki olaraq bütün mədəniyyət elementləri bir ərazidə yaranır və sonra dünyaya səpələnməyə başlayır. Qrebner mədəniyyət elementlərinin yayılmasının diffuziyasının müxtəlif amillərini də müəyyənləşdirməyə səy etmişdir. O göstərirdi ki, funksiyaları, düzəltmə texnikaları, tərkib hissələri və s. fərqli olan oxşar elementlər yalnız təsadüfən yarana bilər və diffuziya nəticəsində yayıla bilər.

Faktiki olaraq Qrebner tədqiqatlarında mədəniyyətlər arasında analogiyalardan daha çox homologiyaları (fərqli oxşarlıq) tədqiq etməyə çalışırdı. Mədəniyyətin hansı elementinin nəzərdən keçirilməsindən asılı olmayaraq Qrebner iddia edir ki, onlar bəşər tarixində bir yerdə, bir məkanda, bir zamanda yaranıblar. Qrebnerin ilk əvvəllər kifayət qədər tərəfdarları var idi. Ankerman, Yulius Lips, Krauze və başqaları. Lakin, həyatının sonlarında Qrebner müəyyən qədər təkamülçülüyə meyil etməyə başlayır. "İbtidai xalqların dünyagürüşü" əsərində o qeyd edir ki, ümumilikdə bəşər mədəniyyətinin formalaşmasında mədəni dairələrin və onu təşkil edən elementlərin bir dəfə yaranmasını qəbul etməklə yanaşı mədəni dairələrin tərəqqi nəticəsində bir-birini əvəz etməsini də biz inkar edə bilmərik. Frits Qrebner 38 yaşında kəskin xəstələnir və elmi fəaliyyətlə məşğul olmur, sonra da ölür. Qrebner Köln şəhərindəki təbiət muzeyində işlədiyinə görə onun yaratdığı məktəb "Köln məktəbi" adlanır.

Vilhelm Şmidt və Vyana məktəbi Mədəni dairələr nəzəriyyəsinin digər bir qolu isə Vyanada formalaşmışdır. Vyana tarixi mədəni məktəbinin banisi katolik keşişi Vilhelm Şmidtdir. O hələ gəncliyində katolik kilsəsi ilə maraqlanmış, 15 yaşında "Allahın sözü" cəmiyyətinə daxil olmuş və missionerlik fəaliyyəti ilə məşğul olmuşdur. Şmidt Berlin universitetinə daxil olaraq şərq dillərini öyrənməyə başlamış və fəaliyyətinin ilk dövründə dilçiliklə məşğul olmuşdur. Şmidtin Cənub Şərqi Asiya və Melaneziya dilləri, xüsusən mon-kxmer dilləri ilə bağlı olan tədqiqatları müasir dövrdə də əhəmiyyətini itirmir və bir dilçi kimi o, çox məşhurlaşır və bir çox kxmer dilləri üçün əlifba da tərtib edir. Dilçilik sahəsindəki fəaliyyətinə görə Avstriya Elmlər Akademiyasının müxbir üzvü seçilir.