The Half () — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 mart tarixindən "Crambone Inventive League" leyblı daxilində fəaliyyətə başlamışdır. "The Half" musiqi qrupunun solo gitaraçısı və söz yazarı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu, vokalisti isə Teymur Eyvazovdur.

Tarixi "The Half" musiqi qrupu Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən 2017-ci ilin yanvar ayında qurulub, daha sonra isə Teymur Eyvazovun da qrupa vokalist kimi qoşulması ilə tam fəaliyyətə başlamışdır. "Balta" cizgi serialının 5-ci seriyası üçün "Andromeda" mahnısını hazırlamışdılar. Qrup "Ey gözəl" sinqlı ilə daha çox tanınmış və sevilmişdir. 28 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində keçirilmiş "Balta" cizgi serialının 5-ci seriyasının qala gecəsində konsert vermişdir. Kreativ təqdimat formaları ilə seçilən qrup 2021-ci il 14 fevral tarixində sevgililər gününə xüsusi olaraq hazırladığı "Şablon sevgi" musiqi videosu ilə diqqət çəkmişdir. Eyni zamanda sözügedən mahnı daxilində 33 ədəd "sev" köklü sözdən istifadə edib Azərbaycan mahnıları arasında bu rekordu qıraraq yerli sevgi mahnılarına istehza etmişdir. Qrupun bir çox kliplərinin müəllifi Rəvan Muradovun rejissorluğu ilə hazırlanmış "Birdən ölsək" adlı animasiyalı musiqi videosu isə Animafilm festivalında 2023-cü ilin "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatına layiq görülmüşdür. Bu mükafat rejissora dünyanın ən nüfuzlu animasiya festivalı olan "Annecy" Beynəlxalq Festivalında iştirak haqqı qazandırmışdır.

Diskoqrafiya Sinqllar Səbəbsiz Ey Gözəl Mavi Neyniyim qardaş Sərxoş qadın Andromeda Xəzərin sahilində (ft. Vugarixx) Ölənə Qədər Sevdim Once upon time in Baku Necə Unudum Səni (Remake) Söhbətdən Kənar Bir Yalnızın Hekayəsi ll Düşünmə Eyni Səhifələr Şablon sevgi Həvəsim İtər Birdən Ölsək

Albom Söhbətdən kənar Ölənə Qədər Necə Unudum Səni (Remake) Bir Yalnızın Hekayəsi II Düşünmə Söhbətdən Kənar Eyni Səhifələr Sevdim Once Upon A Time In Baku

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan musiqi qrupları Kateqoriya:Azərbaycan rok-qrupları Kateqoriya:2017-ci ildə yaranan musiqi qrupları