250px|thumb|right|Avstriyanın Qayl vadisində milli geyimdə olan şəxslər bir dəqiqəlik sükut vəziyyətində. Bir dəqiqəlik sükut və ya sükut anı — qısamüddətli düşüncə, zikr, dua, meditasiya və səssizlik anı. Bayrağın yarıyadək endirilməsi kimi, bir dəqiqəlik sükut da əsasən hörmət əlaməti olaraq, xüsusilə də yaxın zamanlarda vəfat edən şəxslərin matəmini saxlamaq və ya faciəvi tarixi hadisəni yad etmək məqsədilə edilir.

Mənşə Kvakerlər 300 ildən çoxdur ki, yığıncaqlarında bir dəqiqəlik sükut da daxil olmaqla, səssiz dua edirlər. Sükutda inanclara dair heç bir bəyanat vəya fərziyyələr olmadığına və dilin şərh edilməsini tələb etmədiklərinə görə müxtəlif dini və mədəni kökləri olan şəxslər bir araya gəldikdə, hər hansı bir ibadət və ya mərasimlə müqayisədə daha asan, rahat qəbul edilir və istifadə olunur. Pensilvaniyada müstəmləkə dövründə Kvakerlər və digər amerikalılar hər hansı hadisə zamanı bir araya gələr və səssizcə ibadət edərdilər, lakin hər iki qrup da bunun ənənəvi inanc sistemini dəyişdirdiyini düşünürdü. Zaman keçdikcə, qeyri-məzhəb və mübahisəsiz ictimai mərasimlərə münasibətdə Kvaker tərzinin səmərəli olması bir çox cəmiyyətlərdə, eləcə də ingilisdilli dövlətlərdə, demək olar ki, bu davranışın universal istifadə edilməsinə gətirib çıxardı. Həmçinin müxtəlif qrupların iştirakının gözlənildiyi, lakin eyni inancları bölüşmək məcburiyyətində olmayan bir çox qurumlarda da belədir; məsələn, hökumət, məktəblər, kommersiya şirkətləri və ordu kimi.

250px|thumb|right|Prezident Putinin iqtisadi məsələlər üzrə müşavirəsi Ukrayna ərazisində baş vermiş təyyarə qəzasının qurbanlarının xatirəsinə ithaf olunmuş bir dəqiqəlik sükutla başlayır. 18 iyul 2014 Bir dəqiqə anma mərasimləri üçün ümumi zaman müddətidir. Təşkilatçılar fərqli zaman müddəti də seçə bilərlər. Bu da adətən yad edilən mərasimlə bu və ya digər dərəcədə bağlı olur. Məsələn, yad edilən mərasimdə hər ölüm hadisəsinə münasibətdə bir dəqiqəlik sükut ola bilər. Bir dəqiqəlik sükut zamanı iştirakçılar adətən başlarını əyir, papaqlarını çıxarır, bir müddət danışmır və hərəkət etmirlər.

Birlik ölkələrində bir çox insanlar müharibə dövründə həlak olmuş Silahlı Qüvvələrin üzvləri və mülki şəxsləri yad etmək üçün hər il 11 noyabr saat 11:00-da (Sülh günü) iki dəqiqəlik sükut edirlər.

İsraildə Holokost qurbanlarının xatirəsinə, yəhudi bayramlarında isə həlak olan əsgərlər və terror qurbanların xatirəsinə həsr olunmuş sükut anı keçirilir. İştirakçılar sükut anlarını digər ölkələrlə sülh içərisində yaşamaq üçün vaxt kimi dəyərləndirirlər.

Sükut anını idman oyunlarının əvvəlində də müşahidə etmək olar: bu, əsasən, idman klubları ilə əlaqədar şəxslərin ölümünə münasibətdə milli və beynəlxalq faciələri vurğulamaq məqsədilə edilir.

Tarixi İnsan ölümünə həsr olunmuş ilk qeydə alınmış rəsmi sükut 13 fevral 1912-ci ildə Portuqaliyada baş tutmuşdur. Portuqaliya Senatı 10 dəqiqəlik sükutu üç gün əvvəl - fevralın 10-da vəfat etmiş Rio-Brankonun baronu, Braziliyanın xarici işlər naziri Joze Mariya da Silva Paranyosa həsr etmişdir. Bu sükut anı Senatın o günkü qeydində qeydə alınmışdır. Eyni ildə ABŞ-nin bir çox yerlərində USS Maine (ACR-1) və RMS Titanikin batmasına həsr olunmuş sükut mərasimi keçirilmişdi.

Azərbaycanda Hər il 26 fevral saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə hər il yanvarın 20-si saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Həmçinin bax Xatirə günü

İstinadlar

Xarici keçidlər

Nothing Really Matters, Xabad ravvininin bir dəqiqəlik sükutu haqqında məqalə Texasda bir dəqiqəlik sükut iddiası

Kateqoriya:Səssizlik Kateqoriya:Dualar Kateqoriya:Yığıncaqlar Kateqoriya:Ölüm haqqında bildirişlər