İlqar Cümşüd oğlu Cahangir — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti.

Həyatı İlqar Cümşüd oğlu Cahangir 30 noyabr 1967-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Teatr fəaliyyətinə ilk dəfə 1991-ci ildə Kamera Teatrında başlamış və 2009-cu ilə qədər orada fəaliyyət göstərmişdir. Sonra bir müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş və oradan ayrıldıqdan sonra müstəqil "Oda" teatrının aktyoru olmuşdur. Dram və kino aktyoru kimi film, serial və reklamlarda çəkilir.

Evlidir.

Teatr səhnəsindəki rolları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ifa etdiyi rollar:

Ezop ("Ezop", Gilyermo Fiqeyredo) Otello ("Otello", Uilyam Şekspir) Bill ("Oliver Tvistin macəraları", Çarlz Dikkens)

Filmoqrafiya Almas Yıldırım (film, 2004) Girov (film, 2005) Qarabağa gəzinti (film, 2005) Nəfəs (2007, video) – Möhbalı Rami (film, 2007) Böhtan (film, 2008) — Habil Kor həqiqət (2008, video) – Səfərəli Nəfs (2008, video) Koramal (film, 2009) Qaydasız döyüş (film, 2009) — Ayaz Rəfibəylilər (film, 2009) Qaranlıqlar çiçəyi (teleserial, 2011)–Ilqar Pərvanələrin rəqsi (serial, 2012)–Orxan Sonuncu fəsil (teleserial, 2013)–Altay Qisas (serial, 2014) 28 iyun (film, 2016) Dəfnə ağacı (teleserial, 2016)–Araz Ögey ana (teleserial, 2017)–Arif Son nəfəsədək (film, 2018) Yuxu kimi (teleserial, 2019)–Maqsud Titrəmə (film, 2020) S. Ə. S (internet serialı, 2021) Suğra və oğulları (film, 2021) Xəyanət(teleserial 2024–2025)-Mahmud Qurd yağı(teleserial 2025)–Çingiz

İstinadlar

Mənbə Əməkdar artist: "Onların qeyrəti yoxdur"

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları