Neve Şalom (, Sülh vadisi) və ya Vahat as-Salam.”The village has an official name in Hebrew and in Arabic: Neve Shalom/Wahat al Salam, which is meant to convey the partnership between Arabs and Jews in the life of the community. In practice, when one is speaking Hebrew, the village is called “Neve Shalom”; when one is speaking Arabic it is sometimes called “Neve Shalom” and sometimes “Wahat al Salam”. Only when the members of the village are speaking English or another third language, do they refer to the village by its full name in both languages . () — İsrailin mərkəzində yerləşə qəsəbə. Qəsəbənin əsasını yəhudilər və ərəblər birgə qoymuş. Bununla da dünyaya göstərmək istəmişlər ki, bu iki xalq bir yerdə yaşaya bilir. Qəsəbədə iki xalq arasında dostluğun, anlaşmanın möhkəmlənməsi üçün daima təbliğat aparılır. Neve Şalom Latrun rayonunda, iki təpənin zirvəsində salınmış. Qəsəbə Tel-Əviv və Qüdsü birləşdirən mağistral yolunun ortasında yerləşir.

Tarixi Qəsəbə öz adını Tanaxın (Nəviimin ikinci fəsli olan Son Peyğəmbərlər fəsli) Yeşaya (ibranicə Yeşayahu) adlı hissəsindən götürmüş — «O zaman mənim xalqım təhlükəsiz və sülh məkanında xoşbəxt yaşayacaq» (Yeşaya. 32:19). Neve Şalom qəsəbəsinin əsasını Misirdə anadan olmuş yəhudi əsilli dominikan-rahib Bruno Hussar qoymuş. 1970-ci ildə o Latrun trappist abbatlığından 40 hektar ərazini bu məqsədlə kirayə götürmüş. Hussar yazırdı: «Biz böyük olmayan bir qəsəbə planlaşdırırıq, hansı ki, orada ölkənin müxtəlif icmalarının nümayəndələri yaşayacaq. Yəhudilər, xristianlar və müsəlmanlar bu qəsəbədə sülh şəraitində yaşayacaq, öz imanlarına, ənənələrinə sadiq qalacaq. Eyni zamanda başqalarının da inamına və ənənələrinə hörmətlə yanaşacaqlar. Belə müxtəliflikdə hər kəs özünün şəxsi mükəmməliyinə nail ola biləcək».

Əhalisi İsrailin Mərkəzi statistika bürosunun məlumatına görə 2018-ci ilin əvvəllərində qəsəbənin əhalisi 287 nəfər olmuş. 2010-cu ildə Neve Şalomda 60 ailə yaşayırdı. Qəsəbə qaydalarına əsasən — əhalinin yarısı israil yəhudiləri, digər yarısı isə — müsəlman və xristian israil ərəbləri olmalıdır. Müasir dövrdə 300 yaxın ailə qəsəbədə yaşamaq arzusundadır. Yaxın zamanlarda qəsəbə ərazisinin genişləndirilməsi nəzərdə tutulur və 92 yeni ev tikilməsi planlaşdırılıb. Qəsəbə meri növbə ilə ərəb və yəhudi icmasından seçilir .

Təhsil Qəsəbədə ikimillətli və ikidilli (ərəb-ivrit) təhsil sistemi yaradılmış. 2009-2010-cu illərdə məktəbdə ümumən 250-300 şagird təhsil almış. Təhsil alanların 90 % Neve Şalomun 30 km-lik radisunda yerləşən şəhər və kəndlərindən gəlir. Bu tipli İbtidai məktəb 1984-cü ildən fəaliyyətə başlamış və İsraildə ilk olmuş. Məktəb dövlət hesabına fəaliyyət göstərir. Məktəbəqədər və ibtidai təhsil səviyyəsində uşaqlar hər iki dili yaxşı mənimsəyir. Hər iki xalqın mədəniyyətinə və adətlərinə yaxından bələd olurlar .

Şəkillər

İstinadlar

Kateqoriya:İsrailin yaşayış məntəqələri Kateqoriya:Ərəb-İsrail münaqişəsini həll etmək cəhdləri