Cek Deyvis Qriffo (11 Dekabr, 1996-ci il doğumlu) Amerikan aktyor. Nickelodeon telekanalında gedən İldırımadamlar (2013–2018) teleserialında Maks Sandermen rolu ilə daha çox tanınır. Həmçinin Uğursuz kinosunda da tanınmışdır.

Karyerası Cek Qriffo ilk dəfə televiziyada Disney XD kanalında gedən "Zərbə!" və "Baketa və Skineranın epik macəraları" seriallarında çıxış edib. Hal-hazırda, Qriffo, Nickelodeon kanalında 2013-cü ildən bəri yayımlanan Amerikanın sitkomu "İldırımadamlar" teleserialında Maks Sandermen rolunu oynayır. Həmçinin "Uğursuz!" və "Adamın parçalanması", "Oh, bu mənim atamdır!" teleserialında və digər layihələrdə də iştirak etmişdir. Həmçinin, qonaq aktyor kimi "Dəniz Polisi: Los-Anceles" serialında da rol oynayıb.

Filmoqrafiya

+Film rollarıİlBaşlıqRolQeydlər2011Səsimin tonuCavan Piter2012Amerikan QəhrəmanıBöyük qardaş2017Gözümün almasıSebastiyanOrda işıq olanda başlığı altında2017Onlar geridə qaldıNoyah

Mükafat və nominasiyalar Qriffo Kids' Choice Award mükafatlandırılmasında "Sevimli aktyor" mükafatına 5 dəfə namizəd görülüb. İlk dəfə 2014-cü ildə, ikinci dəfə 2015-ci ildə, üçüncü dəfə 2016-cı ildə, dördüncü dəfə 2017-ci ildə, və beşinci dəfə 2018-ci ildə namizəd görülmüşdür.

İlMükafatBölməİşiNəticəİstinadlar2014Kids' Choice AwardSevimli TV aktyorİldırımadamlar 2015Kids' Choice AwardSevimli TV aktyorİldırımadamlar 2016Kids' Choice AwardSevimli kişi TV aktyorİldırımadamlar 2017Kids' Choice AwardSevimli kişi TV aktyorİldırımadamlar2018Kids' Choice AwardSevimli kişi TV aktyorİldırımadamlar

Həmçinin bax

İstinadlar

Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr aktyorları