Yedvabne qətliamı () - 1941-ci ilin 10 iyun tarixində, Polşanın paytaxtı Varşava şəhərindən 190 km şimal-şərqdə yerləşən Yedvabne kəndində yaşayan etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam aktı. Qətliam nəticəsində ən azı 400 yəhudi döyülərək, qalan kənd sakinləri isə yaxınlıqdakı tövlədə yandırılaraq öldürülmüşdür. Tarixçilərə görə hadisələr nəticəsində nə qədər adamın öldürüldüyünü tam müəyyənləşdirmək mümkünsüzdür. Qadın, kişi və uşaqlardan ibarət olmaqla 340 nəfər kənd sakinin hadisə günü öldürüldüyü tam dəqiqləşdirilmişdir.P.A.I.C., The Jedwabne Tragedy. Polish Academic Information Center, University of Buffalo, 2000.

Yedvabnedə yaşayan 40 polyak alman polis təşkilatı olan Ordnungspolizei tərəfindən rəsmən təqsirkar şəxs olaraq tanınmışdır."Pogrom in Jedwabne: Course of Events , Polin Museum, 09 July 2016; accessed 2 April 2018"Pogroms" , Holocaust Encyclopedia, US Holocaust Memorial Museum Qətliamın icra edilməsində Gestapo, mühafizə dəstəsi və xüsusi ilə Einsatzgruppen olaraq adlandırılan və insanları qapı-qapı gəzərək öldürməklə görəvləndirilmiş birliklərin payı daha çox olmuşdur.

İstinadlar

Kateqoriya:1941-ci ildəki hadisələr Kateqoriya:1941-ci ildə Polşa Kateqoriya:Polşada kütləvi qətllər Kateqoriya:Belarusda Holokost yerləri