thumb|right|200px|"İstanbul Park" trası

Türkiyə Qran-prisi - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. Qran-pri İstanbul şəhərində qurulmuş "İstanbul Park" avtodromunda keçirilir.

Ümumi məlumat "İstanbul Park" avtodromu İtanbulun Tuzla rayonunda tikilmişdir. Tikilisinə 2004-cü ilin dekabrında başlanmış və artıq 2005-ci ilin avqustunda yarışları qəbul etmək üçün hazır olmuşdur.

Trasın uzunluğu 5338 metrdir. Yarışlar saat əqrəbinin əksi istiqamətində keçirilir. Pilotlar 6-sı sağ və 8-i sol olmaqla 14 döngə edirlər. Yarış 58 halqadan ibarətdir.

Avtodromda 26250 nəfərlik əsas tribuna, əlavə olaraq müvəqqəti yaradılan 60000 nəfərlik tribuna və 5 minlik VİP tribuna tikilmişdir. Ümumilikdə yarışları 130 minədək tamaşaçı izləyə bilər.

Qaliblər

Pilotlar

Qələbə sayı Pilot İl 3 Felipe Massa 2006, 2007, 20082 Lyuis Hemilton 2010, 20201 Censon Batton 2009 Sebastyan Fettel2011 Kimi Raykkönen2005 Valtteri Bottas2021

İstinadlar Official web site Türkiyə Qran-prisi rəsmi web səhifəsi Türkiyə Qran-prisi 9 yanvar 2019

Həmçinin bax "Formula-1" Qran-pri siyahısı

Kateqoriya:Formula 1 Qran-priləri