thumb|right|200px|Pol-Rikar trası
Fransa Qran-prisi - Formula 1 avtomobil yarışları dünya çempionatının mərhələlərindən biri.
Ümumi məlumat Fransa Qran-prisi ən qədim avtomobil yarışlarındandır. Hələ XIX əsrin 90-cı illərindən etibarən keçirilməyə başlamışdır. Ancaq Fransa Qran-prisi adı ilə ilk yarış 1906-cı ildə Le-Man şəhəri yaxınlığında keçirilir.
1950-ci ildən etibarən Fransa Qran-prisi dünya çempionatının təqviminə daxil edilir. Yarışların keçirilməsi səlahiyəti Fransa Avtomobil Klubuna (F.A.K.) verilir. Bu klub buna qədərdə avtomobil yarışları keçirirdi. 1911-ci ildə Sarta avtomobil klubu F.A.K.-nın razılığı ilə Fransa Qran-prisi adı ilə yarış keçirir və bu yarış F.A.K. Qran-prisi ilə paralel təşkil edilməyə başlayır. 1950-1968-ci illər arasında Formula 1 üzrə dünya çempionatına daxil olan Fransadakı yarışlar "A.F.C Grand Prix" adlanırdı. Və yalnız yarışların keçirilmə hüququnun Fransa Avtomobil İdmanı Federasiyasına (FAİF) verildikdən sonra qran-pri hal-hazırkı adını aldı.
1955-ci il istisna olmaqlar 2008-ci ilədək Fransa Qran-prisi fasiləsiz keçirilirdi. Ancaq 2008-ci ildə yarış təqvimdən çıxarıldı. 10 illik fasilədən sonra Formula 1 üzrə dünya çempionatının etaplarından biri yenidən Franada təşkil olunmağa başladı.
Fransa qran-prisinin keçirildiyi tras bir neçə dəfə dəyişdirilib. 1950-1960-cı illərdə Reyms-Qu, 1952-1968 illəri aralığında Ruan, 1965-1972-ci illərdə Klermon-Ferran, 1967-ci ildə Le-Man, 1974-1984-cü illĕr aralığında Dijon, 1991-2008-ci illərdə Mani-Kur traslarından istifadə edilmişdir. Hal-hazırda istismar olunan Pol-Rikar trasında yarışlar 1971-ci ildən aparılır.
Yarış 53 halqadan ibarətdir. Halqanın uzunluğu 5842 metrdir.
Qaliblər
Pilotlar Qaliblər Pilotlar İl 8 Mihael Şumaxer 1994, 1995, 1997, 1998, 2001, 2002, 2004, 2006 6 Alen Prost 1981, 1983, 1988, 1989, 1990, 19934 Xuan-Manuel-Fanxio 1950, 1951, 1954, 1957 Naycel Mensell 1986, 1987, 1991, 1992 3 Cek Brebem 1960, 1966, 1967 Ceki Stüart 1969, 1971,1972 2 Mayk Hotorn 1953, 1958 Den Henri 1962, 1964 Cim Klark 1963, 1965 Ronni Peterson 1973,1974 Mario Andretti 1977, 1978 Niki Lauda 1975, 1984
Komandalar
Qələbə sayı Komanda İl 17 Ferrari 1952, 1953, 1956, 1958, 1959,1961, 1968, 1975, 1990, 1997, 1998, 2001, 2002, 2004, 2006, 2007, 2008 8 Williams 1980, 1986, 1987, 1991, 1992, 1993, 1996, 2003 7 Lotus 1963,1965,1970, 1973, 1974, 1977, 1978 6 Renault 1906, 1979, 1980, 1981, 1982, 1983, 2005 Mercedes1908, 1914, 1935, 1938, 1954, 2018 Alfa Romeo 1924, 1932, 1934, 1948, 1950, 1951 Bugatti 1926, 1928, 1929, 1930, 1931, 1936 5 McLaren 1976, 1984, 1988, 1989, 2000 4 Brabham 1964, 1966, 1967, 1985 2 Fiat 1907, 1922 Peugeot 1912, 1913 Delage 1925, 1927 Maserati 1933, 1957 Talbot-Lago 1947, 1949 Tyrrell 1971, 1972 Benetton 1994, 1995
İstinadlar "Grand-Prix-century - Telegraph" Official Website of the French Grand Prix Fransa Qran-prisinin rəsmi web səhifəsi
Həmçinin bax "Formula-1" Qran-pri siyahısı
Kateqoriya:Formula 1 Qran-priləri