Lənkəranın işğalı (, Ştrum Lenkorani) və ya Lənkəran yürüşü (, Yureş be Lankaran) — 1 yanvar 1813-cü ildə Rusiya imperiyası əsgərlərinin Talış xanlığının paytaxtı Lənkəran şəhərini ələ keçirməsi. Bu hərbi münaqişə qəddarlığına və amansızlığına görə fərqlənir.

Ərazinin top atəşənə tutulduğu beş günlük mühasirədən sonra ruslar Qacar qoşunlarının üstünlüyünə baxmayaraq qalaya hücum etdilər. Sərkərdələrin və əsgərlərin əksəriyyətinin öldürüldüyü mühasirədə ağır itkilərə məruz qalsalar da, ruslar qalanı alaraq Lənkəranı işğal etdilər.

Qala ələ keçirildikdən sonra Qacar ordusunun bütün əsgərləri rus ordusu tərəfindən qətlə yetirildi və ruslar heç kimi əsir götürmədilər. General Kotlyarevski özü mühasirə zamanı ağır yaralandı və bundan sonra döyüşlərdə iştirak edə bilmədi, Qacar canişini Sadiq Xan qalaya hücum zamanı öldürüldü. Mühasirə zamanı Rusiyanın 296 nəfərdən təşkil olunan 17-ci yeger alayından cəmi 74 nəfər sağ qalmışdı.

Lənkəran qalası 1804-cü ildə başlayan Rusiya-İran müharibəsi zamanı ingilislər Lənkəranda güclü bir qala tikdilər.

Qalanın inşasını gözü ilə görən şəxslərin sözlərinə görə "qala yüksək daş divarları və iti müdafiə nöqtələri ilə güclü təəssürat yaradırdı". Bundan əlavə, qala dərin xəndəklər ilə əhatə olunmuşdu. Lənkəran qalası Xəzər dənizindən bir o qədər də uzaqda yerləşməyən Lənkəran çayının sol sahilində yaxınlığındakı bataqlıqlarda qabarıq dördbucaqlı formasında inşa edilmişdir. Cənub-şərq hissəsinin uzunluğu təxminən 130 metr idi. Şimal-şərq tərəfinin uzunluğu 80 metrədək uzanan çoxbucaqlı şəklində tikilmişdir. Cənub-şərq (çay boyunca və Xəzər dənizinə doğru) və şimal-qərb tərəfi hər biri 100 metr uzunluğundaydı. Bundan başqa, hər bir küncdə bürclər yerləşdirilmişdir. Ən çox qala bürcləri şimal-şərq tərəfdə yerləşirdi. Qalanın qarşısındakı xəndəyin dərinliyi 4 metr, eni isə 10 metr idi.

Arxa plan Cənubi Qafqazın müxtəlif bölgələrində münaqişə tərəflərinin mühüm strateji əraziyə sahib ola bilmədiyi bir neçə il boyu davam edən döyüşlərdən sonra ruslar üstünlük qazanmış və İranın önəmli bölgələrinə yaxın ərazilərə çatmışdı. 1812-ci ilin 18 dekabrında hərbi dəstənin generalı Kotlyarevski Araz çayını aşdı və duz yataqları və bataqlıqlar vasitəsilə Muğan düzənliyini 80 mil keçdi. Bataqlıqları keçdikdən sonra qoşun dəhşətli qar və çovğunla üz-üzə qaldı. O zaman ordu ərzaq və içməli qıtlığından əziyyət çəkirdi.

thumb|left|Lənkəranın planı və qalasının mühasirəsi

Dekabrın 20-də rus qoşunları tez-tez yer dəyişməyə məcbur olan və bəzi nümayəndələri əsir götürülmüş şahsevənlərlə qarşılaşdılar. Ruslar onların mallarını müsadirə etdilər.

Dekabrın 21-də Kotlyarevskinin dəstəsi Talış xanlığına çatdı. Burada Abusalemanın rəhbərlik etdiyi 500 nəfərlik Qacar süvari qoşunu ilə qarşılaşdılar. Atlılar və Abusalema döyüşdən qaçdı və Ərkivana doğru geri çəkildilər. Sonda Rusiya ordusu süvari qoşununun sərkərdəsi Pirqulu xan və 1000 nəfərdən ibarət olan Qacar süvari alayı ilə qarşılaşdı. Qısa müddətlik atışmadan sonra geri çəkilən Qacarlar kazaklar tərəfindən təqib edildi.

Dekabrın 22-də Kotlyarevski Qarayazıdakı arxa cəbhəyə mayor Dyaçkovanın komandanlığı altında 200 atıcı, 170 kazak, Qarabağdan bir neçə at və silah-sursat qoyaraq oranı tərk edərək Ərkivana doğru irəlilədi. Arxa cəbhədə azad edilmiş Qarabağ ailələri və bir neçə gün öncə əsir götürülən Şahsevən məhbusları da qalmışdı.

Bala xan və Əsgər xanın komandanlığı altında olan Ərkivan qarnizonu (1500 Qacar əsgəri və Qacar ordusuna qoşulan rus ordusunun 400 fərari əsgəri) bütün artilleriya ehtiyat hissələrini və ərzağı qoyaraq qalanı tərk etdi. Kotlyarevski polkovnik-leytenant Uşakovun komandanlığı altında 400 yeger alayı və 300 kazak əsgərindən təşkil olunmuş ordunu Qacar ordusunun arxasınca göndərdi.

Təqib zamanı rusların 400 nəfərdən ibarət olan fərari dəstəsindən 50-si təslim oldu və 300-ə yaxın Qacar əsgəri öldürüldü. Ruslar sonradan 600-dən çox atı və bir ədəd ehtiyat yükünü ələ keçirdilər. Təqib edən tərəfdən 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdı. Ərkivanı qorumaq üçün 100 yeger ərazidə qaldı.

Mir Mustafa xan Aslandüz döyüşündə Qacar ordusunun məğlubiyyətindən sonra rus qoşunlarının hərəkət istiqaməti haqqında məlumat əldə edərək tez bir zamanda əvvəlcədən atları və mal-qaraları saxlamaq üçün pəyə və anbar tiktirdiyi və bütün lazımi təchizat hissələrini doldurduğu Qamuşevana getdi.

Talış xanlığının xanı tərəfindən idarə olunan əraziyə girərək Kotlyarevski sakinlərə bildirdi:

Kotlyarevskinin bu bəyanatı Talış xanlığının əhalisinin bir hissəsinə təsir etdi və onlar Qacar ordusunun qaçan əsgərlərinin gizləndiyi meşəni kəsməyə başladılar.

Lənkəranın işğalı

Mühasirə

Sadiq xan Lənkəran qalasında 4000 nəfərlik bir ordu ilə qarnizon yaratdı. Qacar şahzadəsi və imperiya ordusunun baş komandiri olan Abbas Mirzə ona mandat göndərdi:

Bu məktub Qacar qarnizonunun tərkibində olan bütün zabitlərə və əsgərlərə oxundu. Qarnizon şahzadənin sözləri ilə razılaşaraq yekdilliklə qışqırdı:

Sadiq xan bütün sakinləri qalanı qorumaq üçün silah almağa və bütün lazımi tədbirləri görməyə çağırdı. Şimal və qərb eskadralar quruldu. Rusların qəfil hücumundan qorxan Sadiq xan gənc zabitlərin və əsgərlərin nəzarətindən əlavə özü də düşmənin hərəkət istiqamətlərini yaxından izləyirdi. +Mühasirəyə alınan dəstənin sayıBölmənin adıSahə zabitiBaş zabitÇavuşMusiqiçilərMəxfilərÜmumi: 14-cü Gürcü Qrenadier Alayı 325542383493797-ci Livoniya Piyada Alayı 618314116817-ci Yeger Alayı110239248291Xəzər Dəniz Bürosu və Donanması 212332264313Artilleriya 43 4350Ümumi:657131371 530Cəmi: 1759

Dekabrın 27-də Kotlyarevski Sadiq xana Lənkəranı təslim etməsi ilə bağlı məktub göndərdi:

Ali komandirin əmri ilə mən Lənkəran bölgəsinin ərazilərini Qacarların əlindən azad etməyə gəlmişəm, buna görə də Lənkəranı bizə verməlisiniz. Cəsarətli və nəzakətli bir lider olduğunuzu bildiyimiz üçün müqavimətinizin mənasız olacağını bildirirəm. Böyük bir hərbi lider olmağınıza baxmayaraq Aslandüzü döyüşündə 10 000 əsgərlə məğlub olan Abbas Mirzədən daha yaxşı sərkərdə deyilsiniz. Bu döyüşdə Abbas Mirzə səlahiyyətində 30000 əsgər olmasına baxmayaraq 20-ci süvari alayı ilə son anda qaçıb canını qurtara bildi, bizim ordumuzda isə cəmi 2000 əsgər vardı. Dünyanın böyük qüdrətli döyüşçüləri olan Rusiya İmperiyasının ordusu Abbas Mirzəni hissələrə parçaladı və indi burada — Talış xanlığında yerləşiblər. Ordusundakı əsgərlərin sayının bizdən 15 dəfə çox olmasına baxmayaraq bizim qalib silahlarımıza məğlub olan Abbas Mirzə kimi siz də bizə qarşı mübarizə apara bilməyəcəksiniz; buna görə də mən təklif edirəm ki, dəhşətli və lüzumsuz qırğının qarşısını almaq üçün qalanı təslim edəsiz, bu yolla həm Abbas Mirzənin, həm də mənim döyüşçülərimi də qorumuş olacaqsınız. Həyatınızı, ləyaqətini, əmlakınızı, eləcə də bütün tərəflərinizin mülkiyyətini bu münaqişədə qoruyub saxlamaqla nə əldə edəcəyinizi düşünün; əks halda, əgər ümumi qərarımıza məhəl qoymazsanız, hər şeyi itirmiş olacaqsınız. Lakin seçim hüququnun sizdə olduğunu bildirmək mənim vəzifəmdir; mən yalnız Allah və insanlıq qarşısında haqlı olacağam. Mənə bu məktubu sizə verdikdən sonra üç saat ərzində cavab alana qədər qalana bombardman etməmək əmr olunub. Sülh və müsbət cavab almaq diləyi ilə gözləyəcəyəm. — P. S. Kotlyarevski, 27 dekabr 1812-ci il, Lənkəran

Eyni gündə Sadiq xan cavab verdi: General Kotlyarevski.

Sülh təklifinizi aldıqdan sonra mən sizin təklifinizi rədd edərək mən sizə ən xoşagəlməz təcrübələrin yaranmasına səbəb olacaq bəzi təhlükəli və acı sözləri ifadə etməliyəm. Sizin məktubda qeyd etdiyiniz " Talış xanlığını Qacarların əlindən qurtarmaq üçün gəlmişəm" cümləniz mənə sizin yalançı sözlərinizə inanmamağa icazə verir və mən səmimiyyətlə və birbaşa olaraq bildirirəm ki, siz bura xalqı əsir götürməyə və torpaqları işğal etməyə gəlmisiniz. Mir Mustafa xan sağ olduğu müddətdə sizin hökumətiniz ona qayğıyla və hörmətlə yanaşaraq xanı və onun hüquqlarını müdafiə etməlidir; lakin o oldükdən sonra varisləri müstəqilliyini və muxtariyyətini itirəcək, dilsiz və bəxtsiz qullara çevriləcəklər, ağılsız və ani verilən qərarların nəticəsi olaraq Mir Mustafa xan öz hakimiyyətini itirəcək, buna səbəb olan insanlar hakimiyyət istəklərini qarşılamaq üçün yalnız öz şəxsi məqsədlərini güdərək qəlbsiz olacaqlar və mənfəətlərini təmin edəcəklər, çünki onlar öz gələcək nəsillərinin kədərli və tərk edilmiş taleləri barəsində düşünmürlər, gələcək nəsillər sonralar bu xəyanət üçün onlara lənət oxuyacaqlar, ona görə ki, onlar sizi buraya dəvət edirlər və öz ana yurdlarının talelərini xəyanətkar yadellilərə — təcavüzkarlara verərək öz xalqını qara camaata çevirirlər. Xudbin Mir Mustafa xanın şəbəkəsinə daxil olan ölü insanların həyəcanı və qışqırığı onu əbədi olaraq lənətləyəcək, Talış dağları öz yerində durduqca xalqın bəxtsiz taleyinin acıları dilə gələcəkdir.

Siz Talış xanlığını "qacarların əllərindən" qurtarmağa gəlməmisiniz, siz başqalarının ərazi bötövlüyü hesabına öz torpaqlarınızı genişləndirməyə gəlmisiniz. Dünyada olan bu böyük dövlətin yaxınlığında qalaraq siz indi yeni torpaq və ərazi axtarırsınız?

Yuxarıdakı məktubu oxuduqdan sonra Kotlyarevski qalanı bombardman etməyi əmr etdi. Daha təsirli bir zərbə üçün yaxınlığdakı hərbi artilleriya gəmisi də sahilə gətirildi. 28 dekabr — 29 dekabr; Rusiya batareyaları davamlı olaraq qalanı bombardman etdi, beləki döyüş texnikalarının kiçik çaplı topları qalanın güclü gilli divarlarını keçə bilmirdi. Havadan atılan toplardan isə qarnizon blindaj və qalanın daxilində qazılmış səngərlərdə müdafiə olunurdular. Kotlyarevski qalaya edilən hücumun uğursuz alındığını görərək xana və qarnizonun rəhbərlərinə özlərini, həyat yoldaşlarını, uşaqlarını və əmlaklarını qorumağa və qan tökmədən qalanı ruslara təslim etməyə təkid edən ikinci məktubu Lənkərana göndərdi. Kotlyarevski həmçinin yazırdı:

Sadiq xan məktuba cavab verməyin lazım olduğunu düşünmədi.

Bu müddət ərzində Rusiya dəstəsinin mövqeyi daha da kritik hala gəldi. Top artilleriyaları boşaldılmışdı və insanlar soyuqdan əziyyət çəkirdilər. Əlavə olaraq, qacar qoşunlarının komandiri Abbas Mirzənin Lənkəranı xilas etmək üçün yola çıxdığını xəbər aldılar. Kotlyarevski heç bir vaxt sərf etmədən qalaya hücum edərək onu işğal etməyi qərara aldı.

İşğalı +Hücumdan əvvəl mühasirə heyətinin yerləşdirilməsiKolonlarKomandirlərBölmələrTapşırıqlar1-ci kolonPolkovnik UşakovGürcüstan 14-cü Qrenader Alayı (350 nəfər)Qamuşevan istehkamını və ona birləşik olan cənub-qərb istehkamını tutmaq. Ordunu daxil olmasını təmin etmək üçün darvazanın tutulması2-ci kolonMayor PovaliçinTriniti piyada alayıŞimal-şərq istehkamına və şimal-qərbdəki əraziyə hücum3-cü kolonMayor Tereşkeviç17-cy Yeger alayları (313 nəfər).Gürcüstanın 14-cü Qrenader alayından 37 nəfərÇayın şimal-şərq hissəsindəki istehkama hücum etməkDağıdıcıların 1-ci alayıQrenader alayının bir yarısıÇayın yaxınlığında yerləşən istehkamın yaxınlığındakı cənub-şərq fasadına saxta hücum təşkil etmək (mümkünsə, istehkamın topçu batareyasını almaqla)Dağıdıcıların 2-ci alayıQrenier alayının bir yarısıÇayın yaxınlığında yerləşən şimal-qərb istehkamının yaxınlığında saxta hücum təşkil etmək (1-ci kolon alayının hücum planlarına yardım etmək)