Qarmon — Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir.
Tarixçə Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, çağdaş biçimli qarmonları alman musiqiustası Kristian Buşman (1805—1864) 1822-ci ildə icad edib. 1830-cu illərdə diatonik səsdüzümlü qarmonlar Rusiyanın Tula şəhərində istehsal olunub. Təxminən 10-15 il sonra, XIX əsrin I yarısında belə qarmonlar Azərbaycana gətirilib.
1870-ci ildə tulalı dirijor və qarmon ustası N. İ. Beloborodov xromatik səsdüzümlü qarmonlar düzəldib. Abbasqulu Nəcəfzadə. Çalğı alətlərimiz . Bakı, 2004.
XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət olan qarmonlar gətirilmişdir. Şuşalı Çəkməçi Hüseyn Azərbaycanda qarmonun ilk ifaçılarından sayılır. Sonralar Çəkməçi Hüseynin oğlu Kərbəlayi Lətif (1876-1944) nəinki Qarabağda, bütün Qafqazda, o cümlədən İranda ustad qarmonçalan kimi məşhurlaşır.
Mir Möhsün Nəvvab Qarabaği (1833-1918) "Vzüuhul-ərqam" əsərində qarmonun təsir qüvvəsindən, dinləyicidə oyatdığı estetik duyumundan yazır.
XIX əsrin sonlarında azərbaycanlı qarmonçalanların sifarişi ilə bir sıra uğurlu islahatlardan sonra yeni növ qarmon yaradılmış və alət Azərbaycan qarmonu adlandırılmışdır.
Azərbaycan qarmonu üzrə ilk tədris vəsaitini professor Fərahim Sadıqov 1986-cı ildə hazırlayıb. Son illər Natiq Rəsulov (1952-2000) qarmon üçün bir sıra tədris vəsaiti işləyib.
Quruluşu Qarmonun yan tərəfləri taxtadan, orta hissəsi dəri körüklü dördkünc qutudan ibarətdir. Hündürlüyü 360 mm, eni 268 mm, qalınlığı 195 mm-dir. Qutunun içərisində ağac lövhələr üzərində xüsusi qayda ilə düzülmüş nazik metal dilçəklər (lövhələr) yerləşdirilir. Alət sağ və sol əlin köməyi ilə körüyü açıb-bağlamaqla səsləndirilir. Bu zaman sağ əlin şəhadət, orta, adsız, çeçələ barmaqları ilə melodiya, sol əlin barmaqları ilə isə melodiyanın ahənginə uyğun dəm (tonika) saxlanılır. Körük açılıb-bağlandıqda barmaqların təzyiqi ilə sıxılmış hava dillərin açdığı boşluqdan keçərək həmin metal lövhələri ehtizaza gətirir. Bu zaman, vibrasiya olunmuş lövhələrin ölçülərindən asılı olaraq, müxtəlif səs ucalıqları alınır. Diapazonu kiçik oktavanın "do" səsindən ikinci oktavanın "fa" səsinə qədərdir. Solo və ansambl aləti kimi geniş istifadə edilir.
Növləri Akkordeon – xromatik qarmon növü Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Akkordeon . Azərbaycan qarmonu - görkəmcə fərqlənməsə də, ölçülərinə, kökünə (si), sağ və sol əllərin ifa zamanı funksiyasına görə, tirlərin (plankaların) sayına görə digər qarmonlardan fərqlənir. Gürcü qarmonu Boloqoy qarmonu Tula qarmonu Saratov qarmonu Vyana qarmonu Sibir qarmonu Tatar qarmonu Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti . Bakı, 2004.
Məşhur qarmonçalanlar Aftandil İsrafilov Əhəd Əliyev (Kor Əhəd) Teyyub Dəmirov Aslan İlyasov Zakir Mirzəyev Ənvər Sadıqov Xanlar Cəfərov
İstinadlar
Həmçinin bax Akkordeon Bandoneon
Kateqoriya:Azərbaycan musiqi alətləri Kateqoriya:Rusiya ixtiraları Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Rusiya musiqi alətləri