Mikele Alboreto (23 dekabr 1956, Milan – 25 aprel 2001 Brandenburq, Almaniya) — italyan yarış pilotu. 1985-ci il Formula-1 mövsümünü çempion Alen Prostun ardından ikinci olaraq bitirmişdir. 1997-ci ildə isə "La-Manş 24 saat yarışları"nın çempionu olmuşdur. 1981-1994-cü illər arasında Formula-1-də, 1981-1983 və 1996-2000-ci illərdə isə "La-Manş 24 saat yarışları"nda iştirak edən Alboreto, 25 aprel 2001-ci ildə Almaniyada sınaq sürüşündə qəzaya düşərək vəfat etmişdir.
Yarış karyerası
Formula-1-dən öncə
Alboreto, Formula-1-ə qatılmadan öncə 2 dəfə İtaliya Formula-3-də, 1 dəfə isə Avropa Formula-2, Avropa Formula-3 və İngiltərə Formula-3-də yarışmışdır. 1979-ci ildə İtaliya Formula-3 ikincisi, 1980-ci ildə isə Avropa Formula-3 çempionu, İtaliya Formula-3 üçüncüsü olmuşdur. Formula-1
1981-1983-cü illər: “Tirrell”
Formula-1 karyerasına 1981-ci il mövsümündə “Tirrell” komandası ilə başlayan Alboreto, həmin mövsümdə 11 yarışda iştirak etmişdir. İştirak etdiyi yarışların yalnız beşində finiş xəttinə çata bilən italyan pilot mövsümü xalsız başa vurmuşdur.
1982-ci il mövsümündə 16 yarışın hamısında iştirak etmiş və bunların 12-sində finiş xəttini keçə bilmişdir. “Caesars Palace Qran- prisi"ndə karyerasının ilk yarış birinciliyini əldə etmiş, “San Marino Qran-prisi"ndə isə 3-cü olub podiuma çıxmışdır. Mövsümün sonunda isə topladığı 25 xal ilə 8-ci olmuşdur.
1983-cü il mövsümündə 15 yarışın sadəcə 7-sində finiş xəttini keçə bildi. “Detroyt Qran-prisi"ndə karyerasının ikinci yarış qalibiyyətini almışdır. Həmin mövsümdə bundan başqa podiuma çıxa bildiyi yarış olmamışdır. Mövsümü 12 xal ilə 10-cü pillədə başa vurmuşdur.
1984-1988-ci illər: “Ferrari”
1984-cü il mövsümündə “Tirrell”dən ayrılıb “Ferrari” komandasına keçdi. Həmin mövsümdəki 16 yarışın 8-ində finiş xəttini keçə bildi. “Belçika Qran-prisi"nin qalibi oldu. Bundan başqa iki yarışda 2-ci, 1 yarışda da 3-cü olmuşdur. Topladığı 30.5 xal ilə mövsümü 4-cü pillədə tamamladı.
1985-ci il mövsümündə 16 yarışın 10-unda finiş xəttinə çata bildi. Kanada və Almaniya Qran-prilərinin qalibi olmuş, dörd yarışı 2-ci, iki yarışı da 3-cü sırada bitirmişdir. Mövsümü 73 xalla çempion olan Alen Prostun ardında 53 xalla 2-ci pillədə başa vurdu.
1986-cı il mövsümündə 16 yarışdan 7-sində finiş xəttini keçməyi bacardı. Bir dəfə 2-ci olaraq podiuma çıxdı və mövsümü 14 xal ilə 9-cu sırada tamamladı.
1987-ci il mövsümündə 16 yarışın sadəcə 6-sında finişə çata bildi. Bir dəfə 2-ci, iki dəfə də 3-cü olaraq cəmi 3 dəfə podiuma çıxdı. Mövsümün sonunda 17 xal ilə 7-ci sırada qərarlaşdı.
1988-ci il mövsümündə 16 yarışın 10-unda finiş xəttini keçdi. Bir dəfə 2-ci, iki dəfə 3-cü, iki dəfə də 4-cü oldu. Mövsümü 24 xal ilə 5-ci pillədə tamamladı.
1989-cu il: "Tirrell" və "Larruss"
1989-cu il mövsümünə keçmiş komandası olan "Tirrell"də başladı. İlk 6 yarışda bu komandada yarışdı. Bu 6 yarışın 3-ündə finiş xəttini keçməyi bacardı və bir dəfə də 3-cü olaraq podiuma çıxdı. 6-cı yarışdan sonra "Larruss" komandasına keçdi. 9-cu yarışdan etibarən bu komandada çıxdığı 8 yarışdan yalnız birində finiş xəttini keçməyi bacardı. Mövsümü isə toplamda 6 xal ilə 11-ci pillədə tamamladı.
1990-1992-ci illər: "Footwork"
1990-cı il mövsümündə "Footwork" komandasına keçdi. 16 yarışın 8-ində finişə çatmağı bacardı. Mövsümü isə xalsız başa vurdu.
1991-ci il mövsümündə 16 yarışın yalnız 2-sində finiş xəttini keçməyi bacardı. Əvvəlki mövsümdə olduğu kimi burada da podiuma çıxa bilmədi və mövsümü xalsız tamamladı.
1992-ci il mövsümündə əvvəlki iki mövsümün əksinə 16 yarışın 14-ündə finiş xəttini keçməyi bacardı. İki dəfə 5-ci, iki dəfə 6-cı, altı dəfə 7-ci oldu. Mövsümü 6 xal ilə 10-cu sırada başa vurdu.
1993-1994-cü illər: "Skuderiya İtaliya" və "Minardi"
1993-cü il mövsümündə "Skuderiya İtaliya" komandasında yarışdı. 16 yarışlıq mövsümdə "Skuderiya"nın sona 2 yarış qalmış Formula-1-də yarışı dayandırdığına görə 14 yarışda mübarizə apardı. Bu 14 yarışın 4-ündə finiş xəttinə çata bildi və mövsümü xal almadan başa vurdu.
1994-cü il mövsümündə "Minardi" komandasında yarışdı. 16 yarışın 6-sında finiş xəttini keçməyi bacardı və bir dəfə 6-cı, bir dəfə də 7-ci oldu. Mövsümü isə 1 xal ilə 24-cü pillədə tamamladı.
Formula-1-dən sonra
Alboreto, Formula-1 karyerasını bitirdikdən sonra əsasən "La-Manş 24 saat" yarışlarında iştirak etdi. Bu yarışlarda 1997-ci ildə çempion, 1999-cu ildə 2-ci, 2000-ci ildə isə 3-cü olmuşdur.
Alboreto həmçinin "IndyCar" və "Amerika La-Manş seriyası" yarışlarında da iştirak etmişdir.
Ölümü
Alboreto, 25 aprel 2001-ci ildə Almaniyanın Drezden şəhərində yerləşən Lausitsring yarış meydançasında "Audi R8" ilə məşq prosesində, avtomobilin təkərinin partlaması nəticəsində divara dəyərək dünyasını dəyişdiAlboreto Is Killed Testing Audi R8, New York Times, April 26, 2001, Page D7..
Ölümündən 4 il sonra 2005-ci il "İtaliya Qran-prisi"ndə podiuma çıxan italyan yarış pilotu Cankarlo Fizikella bu podiumu Alboretoya həsr etdiyini söylədi.
İstinadlar
Kateqoriya:Ferrari Formula 1 pilotları Kateqoriya:İtaliya şəxsləri