Sovet İttifaqı muxtar vilayətləri — SSRİ-nin on beş respublikası daxilində muxtariyyət verilmiş inzibati vahidlər.
Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti (indiki Dağlıq Qarabağ) Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (indiki Naxçıvan Muxtar Respublikası)
Gürcüstan SSR Cənubi Osetiya Muxtar Vilayəti (indiki Cənubi Osetiya)
Rusiya SFSR 1978-ci il RSFSR Konstitusiyası muxtar vilayətlərin diyarlara tabe olduğunu müəyyən etsə də, bu müddəa 15 dekabr 1990-cı ildə çıxarıldı və müəyyən edildi ki, muxtar vilayətlər birbaşa Rusiya SFSR-a tabe olmalıdır. 1991-ci ilin iyununda RSFSR-da beş muxtar vilayət mövcud idi. Onlardan dördünə 3 iyul 1991-ci ildə respublika statusu verilmişdir: Adıge Muxtar Vilayəti (indiki Adıge Respublikası) Dağlıq Altay Muxtar Vilayəti (indiki Altay Respublikası) Yəhudi muxtar vilayəti (1991-ci ildən Xabarovsk diyarından müstəqildir) Qaraçay-Çərkəz Muxtar Vilayəti (indiki Qaraçay-Çərkəz Respublikası) Xakasiya Muxtar Vialyəti (indiki Xakasiya Respublikası)
SSRİ-də əvvəllər mövcud olmuş digər muxtar vilayətlər:
Çeçen Muxtar Vilayəti (1922–1934; indiki Çeçenistan) Çeçen-İnquş Muxtar Vilayəti (1934-1936; sonralar Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası) Çərkəz Muxtar Vilayəti (Çərkəz Milli Bölgəsi 1926-1928; Çərkəz Muxtar Vilayəti 1928-1957; sonralar Qaraçay-Çərkəz MV-ə birləşdirilmişdir) Çuvaş Muxtar Vilayəti (1920–1925; indiki Çuvaşıstan) İnquş Muxtar Vilayəti (1924–1936; indiki İnquşetiya) Kabarda-Balkar Muxtar Vilayəti (1921–1936; indiki Kabarda-Balkariya) Kalmık Muxtar Vilayəti (1920–1935; indiki Kalmıkiya) Qara-Qırğız Muxtar Vilayəti (1924–1926; 1924-cü ildə Qırğızıstan Muxtar Vilayəti adlandırılmışdır, 1926-cı ildə muxtar respublika (Qırğızıstan MSSR, 1936-cı ildə ittifaq respublikası (Qırğızıstan SSR) və indiki müstəqil Qırğızıstan) Komi-Zyryan Muxtar Vilayəti (1922–1929; indiki Komi Respublikası) Mari Muxtar Vilayəti (1920–1936; indiki Mari El Respublikası) Şimali Osetiya Muxtar Vilayəti (1924–1936; indiki Şimali Osetiya Respublikası) Tıva Muxtar Vilayəti (1944–1961; indiki Tıva Respublikası) Udmurt Muxtar Vilayəti (1920–1934; indiki Udmurtiya Respublikası) Qaraqalpaqıstan Muxtar Vilayəti (1925–1932; 1930-cu ilədək Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibində, 1930-32-ci illərdə RSFSR-in birbaşa yurisdiksiyasında, 1932-36-cı illərdə RSFSR-in tərkibində MSSR, 1936-cı ildən Özbəkistan Sovet Sosialist Respublikasına tabedir; indiki Qaraqalpaqıstan)
Tacikistan SSR Dağlıq Bədəxşan Muxtar Vilayəti (indiki Dağlıq Bədəxşan Muxtar Regionu)
Ukrayna SSR Moldova Muxtar Vilayəti (1924; yaradılmasından bir neçə ay sonra muxtar respublika Moldova MSSR, 1940-cı ildə ittifaq respublikası (Moldova Sovet Sosialist Respublikası) və indiki müstəqil Moldova)
Həmçinin bax Sovet İttifaqı muxtar respublikaları Sovet İttifaqı muxtar dairələri Kateqoriya:SSRİ-nin inzibati bölgüsü Kateqoriya:SSRİ-nin muxtar vilayətləri