Bakırköy () — İstanbul ilinin ilçəsi. Avropa hissəsində yerləşir. İstanbulun Qərb yarısında, Mərmərə dənizinin şimal-şərq sahillərində, Paşaeli yarımadasında yerləşir. 1926-cı ildə əsası qoyulmuş Bakırköy rayonu, 1992-ci ildə indiki sərhədlərinə çatmışdır."Bakırköy", Dünden Bugüne İstanbul Ansiklopedisi, Tarih Vakfı, 1994. ISBN 975-7306-00-2. İlçə qərbdən Kiçikçəkməcə, şimaldan Bağçalıevlərlə, şimal-şərqdən Güngörən, şərqdən isə Zeytunburnu ilçələri ilə həmsərhəddir.

Adının tarixçəsi İstanbulun ən qədim və ənənəli məkanlarından biri olan Bakırköy, tarixinin Roma İmperiyasına qədər getdiyi bu ilçənin adı o illərdə "Hebdomon" olaraq bilinirdi. Bəzi mənbələrə görə, Bizanslılar bu rayonu "Makro Hori" (uzun kənd) adlandırdılar. Osmanlı İmperiyası dövründə də istifadə edilən "Makro Hori" adı respublika elan olunduqdan sonra, 1925-ci ildə Bakırköy adını almışdır."Bakırköy". Ana Britannica Ensiklopediyası. 4. Nəşr. İstanbul: Hürriyət Çap Evi. 1993. səhifə 168–169.

Yerləşməsi 1989-cu ilə qədər 275 km² sahəsi ilə İstanbulun ən geniş sahəli ilçələrindən olan, Kiçikçəkməcə, Bağçalıevlər, Güngörən və Zeytunburnu ilçələri ilə həmsərhəd olan bu ilçənin ərazisi 1992-ci ildə hal-hazırkı formasına çatmışdır.Bambaşka Bakırköy Gazetesi, Sayı: 5, fevral 2009, səhifə 16

Məşhur sakinləri German (Afasanadis, Yannakis) (1930–2018) — Feodoropol mitropoliti. Ellidifor (Lambriniadis) (1967-ci ildə anadan olmuş) — Prussiya mitropoliti. Münir Özqul (1925–2018) — türk film və serial aktyoru. Nəcip Uysal (1991-ci ildə anadan olmuş) — Beşiktaş PFK-da oynayan türk futbolçu. Furkan Qorxmaz (1997-ci ildə anadan olmuş) — ABŞ-də hücumçu mövqeyində oynayan türk basketbolçu.

Məhəllələr Rayonda ümumilikdə 15 məhəllə vardır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İstanbul ilinin ilçələri