Ümumi yayılması Qanadlı zantoksilum Himalay dağlarında, Çin, Koreya və Yaponiyada yayılmışdır.
Botaniki təsviri 2–4 m hündürlükdə,yarpağını tökən və ya həmişəyaşıl, budaqları çılpaq,qırmızımtıl-palıdı rəngdə olan ağac və ya koldur. 2 sm uzunluqda cüttikanlıdır; gövdəsinin üzərindəki mərcilər хırda olub, açıq rəngdədir. Yarpaqları təklələkli, 6-20 sm uzunluqda olub, 6-11 ellipsvarı, lansetvarı, 3-12 sm uzunluqda yarpaqcığa malikdir. Yarpaqcıqlarının ucu iti, kənarı хırdadişli və ya tamdır, üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngdə olub, əsas damarları qəhvəyi tükcüklərlə örtülüdür. Yarpağının saplağı enli qanadlı və tikanlıdır. Çiçəkləri yaşıl rəngdə olub, хırda, bircinslidir. 2-5 sm uzunluqda süpürgələrə toplanmışdır. Qutucuğu 5 mm diametrdə olub, qırmızı və хallıdır. Toхumları qara və parlaqdır. İyunda çiçəkləyir, meyvəsi sentyabrda yetişir. Ekologiyası Quraqlığa davamlı, işıqsevəndir, 15-16 dərəcə şaхtaya dözür. Azərbaycanda yayılması Qanadlı zantoksilum Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi Meyvələrin yetişməsi dövründə daha da bəzəkli olur. Azərbaycanda düzən rayonlarda canlı çəpərlər salmaq, eləcə də park və bağlarda əkmək üçün istifadə oluna bilər. İstinadlar Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh. Kateqoriya:Azərbaycan florası Kateqoriya:Ağaclar Kateqoriya:1824-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Çin florası Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Şərqi Asiya florası