Reich ( ) — Azərbaycan dilində Reyx olaraq oxunur. Hərfi mənası imperatorluq, krallıq, dövlət və zənginlikdir; tarixdə isə Almanların dünyada söz sahibi olduğu dövrlərə verilən ad. Tarixdə üç ədəd Reyx dövrü olmuşdur.

Birinci Reyx Rəsmi adı: Müqəddəs Roma İmperatorluğu (Heiliges Römisches Reich), Alman Millətinin Müqəddəs İmperatorluğu (1512-ci il qərarnaməsi ilə belə adlandırılmışdır; Heiliges Römisches Reich Deutscher Nation) Mövcud olduğu tarix: 962 – 1806 Paytaxt: Roma (962–1448), Vyana (1448–1806) Yaradıcısı: I Otto (962–973)

962-ci ildə yaradılıb 1806-cı ildə məhv olub və Qərbi Roma İmperiyasının varisi olduğu deyilən Müqəddəs Roma German İmperatorluğu adı ilə dünyada tanınır.

İkinci Reyx Rəsmi adı: Alman İmparatorluğu (Deutsches Reich) Mövcud olduğu tarix: 1871 – 1918 Paytaxt: Berlin (1871–1918) Yaradıcısı: Otto fon Bismark (1871–1890)

Otto fon Bismarkın 1871-ci ildə Almaniya kansleri olması ilə başlayan və II Vilhelmin Birinci Dünya müharibəsindəki məğlubiyyəti ilə nəticələnən, Prussiyanın başçılığı altında qurulmuş olan Almaniya İmperiyası dövrüdür.

Üçüncü Reyx

Rəsmi adı: Alman İmperatorluğu (1933–43), Böyük Alman İmperatorluğu (1943–45; Großdeutsches Reich) Mövcud olduğu tarix: 1933 – 1945 Paytaxt: Berlin (1933–1945) Yaradıcısı: Adolf Hitler (1933–1945)

Adolf Hitler tərəfindən yaradılmış olan, rəsmî adı Alman İmperatorluğu olan Nasional Sosialist Almaniyadır. 1943-cü ildə sərhədlərinin həddindən artıq böyüməsi ilə Böyük Alman İmperatorluğu adını almışdır. Nasional Sosialist Almaniya, "Üçüncü Reyx" (Drittes Reich) adı ilə də tanınır. Adolf Hitler, Üçüncü Reyxin ilk rəhbəri olmuşdur. Onun zamanında prezidentlik və kanslerlik vəzifələri birləşdirilmişdi (2 avqust 1934-cü ildən etibarən). Hitlerin intihar etməsindən sonra bu iki vəzifə təkrar ayrılmışdılar. Kanslerlik vəzifəsində Hitleri Yozef Gebbels əvəz etmiş, fəqət o da intihar edəndən sonra yerine Ludwig Schwerin von Krosigk gəlmişdir. Prezidentlik vəzifəsinə isə Böyük Admiral Karl Dönits gəlmişdir. Hitler həyatda olarkən Almanlar tərəfindən Führer (rəhbər, öndər, lider) olaraq adlandırılmışdır. Üçüncü Reyx 1945-ci ildə Almaniyanın məğlubiyyəti ilə məhv olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniyanın dövlət quruluşu Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:İmperiyalar Kateqoriya:Cəmiyyət Kateqoriya:Qanuni səlahiyyət