() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Çin, Koreya, Yaponiyada geniş yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 17 m-ə, dimetri 40 sm-ə çatan iri koldur. Budaqları açıq qəhvəyi qabığa malikdir. Yarpaqları 45–50 sm uzunluqda və 25 sm enində olub, tək lələkvarı və bəzən cüt lələkvarıdır. Yarpaqcıqlar qarşı-qarşıya düzülüşlü, 9–15 olub, oturandır. Çiçəkləri ikicinsli, bulanıq-sarı rəngdə olub, 30–40 sm uzunluqda seyrək, iri süpürgələrə toplanmaqla budaqların uclarında ensizləşir. Kasa yarpaqlar 5, bitişik, dərindilimlidir. Ləçəklər 4, erkəkciklər 8, uzun saplaqlı, dişicik sütuncuğu 3 bölümlüdür və erkəkciklərdən qısadır. Meyvələri 3 yuvalı, 5 sm uzunluqda, qutucuqdur, hər yuvada bir ədəd şarşəkilli, qara rəngli meyvə vardır. Toxumları şarvarı, rəngi qaradır. İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabrda meyvəsi yetişir.
Ekologiyası İşıq və istisevən, torpağa az tələbkar, şoranlığa nisbətən davamlı bitkidir.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Meyvə və çiçəkləri çox bəzəklidir. Toxumlarından sabun surroqatı hazırlamaq üçün istifadə edilir. Qabığından yapışqana oxşar maddə alınır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Çin ağacları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası