Əbu Malik Qiyas ibn Qəvs ət-Təğlibi (; ) – ərəb şairi.

Bioqrafiyası Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "Əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır.AYYILDIZ, E. (2017). El-Ahtal'ın Emevilere Methiyeleri. Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi, 57(2). http://dtcfdergisi.ankara.edu.tr/index.php/dtcf/article/view/2060 adresinden erişildi. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə Əhli-Beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəqin tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir. Əbu Səid əs-Sükkərinin tərtib etdiyi divanı ilk dəfə 1891 ildə, Əbu Təmmam tərəfindən "Nəqaizu Cərir vəl-Əxtəl" adı ilə toplanmış Cərir ilə olan atmacaları Salxani tərəfindən 1922 ildə Beyrutda nəşr edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ərəb şairlər Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İraq şairləri Kateqoriya:Satiraçılar Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:Ərəb xristianları Kateqoriya:Xristian yazıçılar Kateqoriya:Orta əsrlər şairləri Kateqoriya:VII əsr ərəbdilli şairlər Kateqoriya:VIII əsr ərəbdilli şairlər