Fyodor fon Bok (; ) — alman hərb xadimi, general-feldmarşal, Almaniyanın SSRİ-yə hücumu zamanı "Mərkəz" qoşunlarının komandanı olmuşdur. 1941-ci ilin payızında Moskvaya hücuma komandanlıq etmişdir. Sovet əks-hücumları tezliklə Alman ordusunu geri çəkilməyə məcbur etdi və Bok sonradan Adolf Hitler tərəfindən komandanlıqdan azad edildi.
Monarxist olan Bok siyasətlə o qədər də məşğul deyildi və Adolf Hitleri devirmək planlarına rəğbət bəsləmirdi. Bok da nadir hallarda açıq danışırdı, Hitler ona yalnız döyüşdə uğur qazandığı üçün imtiyaz verdi.Battle of Russia, Battlefield: Battles that Won the Second World War—Series 2. Universal Pictures Video. 2 May 2005
Bok, ikinci arvadı və ögey qızı 4 may 1945-ci ildə avtomobillə Hamburqa doğru gedərkən Yeni Zelandiya Kral Hərbi Hava Qüvvələrinin qırıcı-bombardmançı təyyarəsi tərəfindən öldürüldü.
Həyatı
Fyodor fon Bok Brandenburq əyalətinin Oder çayının sahilində yerləşən qala şəhəri olan Almaniyanın Cüstrin (indiki Kostrzin, Polşa) şəhərində köhnə Prussiya hərbçi ailəsində anadan olub.
Atası Moritz Albert Karl von Bock 1870-1871-ci illər Fransa-Prussiya müharibəsində diviziyaya komandirlik etmişdi.Anası Olqa Helene Franziska fon Falkenhayn Birinci Dünya Müharibəsi zamanı Almaniya Baş Qərargahının rəisi Erich von Falkenhayn-ın bacısı idi. İstinadlar
Kateqoriya:Almaniya hərbçiləri Kateqoriya:Almaniya protestantları Kateqoriya:Almaniya rusları Kateqoriya:İkinci Dünya müharibəsində Almaniya hərbçiləri Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Almaniya monarxistləri