İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, ) — müğənni, opera və operetta sənətçisi.ISA KREMER, SINGER OF FOLK SONGS, 69 The New York Times. July 9, 1956.

Bioqrafiya Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu.Judith Pinnolis. "Isa Kremer"

Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır.

O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır. O, iştirak etdiyi operettalara "Dilənçi tələbə", "İdeal Arvad", "Nəhayət Bir", "Polşa Qanı" daxil idi. 1919-cu ildə inqilabdan sonra İzabella Yakovlevna Kremer, həyat yoldaşı "Odessa Xəbərləri" qəzetinin baş redaktoru Xeyfets ilə birlikdə Fransaya köçdü. Daha sonra, dünyanın bir çox ölkəsinə səfər edərək, dünya şöhrətini qazanır, yalnız gözəl və romantik ifaçı deyil, həm də film aktrisası kimi tanınır. Vətəndaş müharibəsində ölümü haqqında yanlış məlumatlar nəşr olunur. 1923-cü ildə anti-semitik çıxışlara və hətta ona qarşı ölüm təhdidlərinə baxmayaraq, İsa Kremer Varşava yəhudiləri üçün konsert verdi. 1933-cü ildə o, Yəhudi Mədəniyyət Cəmiyyətində çıxış üçün Almaniyaya gəldi. Müğənni İspan Respublikaçılarını dəstəkləmək üçün bir çox konsert verdi. 1934-cü ildə Cənubi Amerika səfəri zamanı İza sosialist Qriqori Bermanla görüşdü. Təxminən bir il sonra onunla Meksikada nikaha girdi.Zalmen Zylbercweig, Leksikon fun Yidishn teater, Book four, p. 3641 19 noyabr 1944-cü ildə İsa Kremer Carnegie Hallʼda (New York) konsert verdi.Lois Barr. "Isa Kremer". Jewish Women's Archive. 1946-cı ilin mart ayında Seva Recordʼda Iza Kremerin " İvrit dilində populyar mahnılar" olan yeni qrammafon buraxıldı. 1956-cı ildə həkimlər tərəfindən İza Kremer'ə mədə xərçəngi diaqnozu qoyuldu və həmin ildə öz vətəninə səfər etməyə hazırlaşsa da iyulun 7-də vəfat edti.

İstinadlar

Xarici keçidlər Isa Kremer — Three Yiddish Songs of Love 1927–1928 Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:Argentina müğənniləri Kateqoriya:Moldova müğənniləri