Əzizağa Elsevər (Ələkbərov) (tam adı: Əzizağa Bəhrəm oğlu Ələkbərov; d.10 sentyabr 1952, Azərbaycan SSR, Cəlilabad rayonu, Sabirabad kəndi) – Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent.
Həyatı Əzizağa Bəhrəm oğlu Ələkbərov 1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur.
1968-ci ildə Sabirabad kənd 8 illik məktəbini, 1971-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir.
1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən -1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir.
1997-ci il aprelin 28-də Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir.
2001-ci il oktyabrın 31-də “ Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
Əzizağa Ələkbərov akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda o, “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Əzizağa Ələkbərovun “Azadlıq” qəzetində (1990-1991-ci illər) korrektor, Qərb Universitetinin “Menecer” litseyində müəllim, sonra direktor (1992- 1995-ci illər), “Savalan” (1995-1996-cı illər), “Şəhriyar” (1996- 1997-ci illər) qəzetlərində ədəbiyyat şöbəsinin müdiri, “Respublika” qəzetinin əməkdaşı (1998-1999-cu illər), “Təzə həyat” qəzetinin redaktoru (1999- 2001-ci illər), Bakı şəhəri Yasamal rayon 21 saylı tam orta məktəbdə fəaliyyət göstərən gecə məktəbində tarix müəllimi, Xətai rayonundakı 147 saylı texniki humanitar litseydə tarix- ictimaiyyat müəllimi (2001- 2003-ci illər), Kooperasiya Universitetində müəllim (2003-2005-ci illər), Lənkəran Dövlət Universitetində müəllim (2003- 2008-ci illər) işləmişdir. Hazırda o, Bakı Qızlar Universitetində (2003-cü ildən bu günə qədər) və Azərbaycan Dövlət Pedaqoji Universitetində (2008-ci ildən bu günə qədər) dosent kimi pedaqoji fəaliyyət göstərməkdədir.
Əzizağa Ələkbərov Ali Attestasiya Komissiyası tərəfindən 4 aprel 2018-ci ildə dosent elmi adını almışdır.
Tarix İnstitutunun Müdafiə Şurası yanında yaradılmış Elmi Seminarın 2007-ci ildən bugünə qədər üzvüdür. Fəlsəfə doktorluğu üzrə müdafiə edilmiş 5 dissertasiyanın rəsmi opponenti olmuşdur. 80-dan çox elmi məqaləsi müxtəlif elmi jurnallrda (o cümlədən, Daşkənd, Səmərqənd, Çimkənd, Moskva, Ufa, Alma-Ata, Ankara, Minsk, Kiyev, Nazran, Maxaçqala və s. şəhərlərin elmi jurnallarında) çap olunmuş və 30 ilə yaxın pedaqoji fəaliyyəti dövründə magistr və bakalavrlar üçün hazırladığı 15 tədris proqramı nəşr edilmişdir.
Əzizağa Ələkbərov Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının akkreditasiyasının keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 noyabr 2010-cu il tarixli əmri ilə yaradılmış komissiyanın üzvü və yenə həmin nazirliyin 15 iyul 2011-ci il tarixli əmri ilə təşkil edilmiş Təhsil Sektorunun İnkişafına dair İkinci Layihə Çərçivəsində “ Təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə” komponenti üzrə, Ümumtəhsil məktəbləri üçün “ Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinə dair işçi qrupunun üzvü olmuşdur.
O, elmi–tədqiqat və pedaqoji fəaliyyətlə bərabər, həm də Əzizağa Elsevər imzası ilə ardıcıl bədii-publisistik fəaliyyətlə də məşğul olur. Onun 70-dən çox hekayəsi, 300-dən çox bədii-publisistik yazıları müxtəlif qəzet və jurnallarda, almanaxlarda çap edilmişdir. Povest və hekayələrdən ibarət 3 kitabın - “ İki kölgə” (1989), “ Əbədiyyət yolçusu” (2003), “ Anam üçün darıxmışam” (2005) müəllifidir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.
2018-ci il sentyabrın 4-dən Türkiyə Cümhuriyyətində nəşr olunan "Akademik mətbuat" Sosial araşdırmalar dərgisinin redaksiya heyətinin üzvüdür.
Əsərləri özbək, qazax, başqırd, rus, fars və talış dillərinə tərcümə edilmişdir.
“Şəhriyar” qəzeti xətti ilə 1997-ci il fevralın 23-dən martın 3-dək İran İslam Respublikasında Tehran-Məşhəd-Qum ziyarətində olmuşdur. Elmi əsərləri
Kitabları
Elsevər, Ə. İki kölgə: hekayələr. Bakı, 1989 Elsevər, Ə. Əbədiyyət yolçusu. Bakı, 2003 Elsevər, Ə. Anam üçün darıxmışam. Bakı, 2005
Məqalələri
Böyük dostluq (Azərbaycan - Monqolustan əlaqələri)// Taxılçı. 1976. 24 iyun. Səməd Vurğun və uşaq ədəbiyyatı// Taxılçı. 1976. 24 iyul. Tarix dərsi və əsrin nəhəng tikintisi// Taxılçı. 1978. 11 aprel. Tarix dərslərində BAM haqqında söhbətlər // Azərbaycan müəllimi. 1978. 21 iyul. Dostluq görüşü (Özbəkistanda Azərbaycan SSR ədəbiyyat və incəsənət günləri)// Yeni gün. 1980. 10 iyun. IV beşillikdə Azərbaycan SSR-də avtomobil nəqliyyatının inkişafı (1946-1950-ci illər)// Azərbaycan SSR EA Tarix İnstitutu elmi konfransının materialları. Bakı: Elm, 1989, s.120-122 Beşinci beşillikdə Azərbaycan SSR-də avtomobil nəqliyyatının inkişafı tarixindən (50-ci illər)// Azərbaycan EA Tarix İnstitutu elmi konfransının əsərləri. Bakı: Elm, 1991, s.196-198 Kənd təsərrüfatının inkişafında Azərbaycan SSR avtomobil nəqliyyatı işçilərinin köməyi (1951-1955-ci illər)// Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri.1 hissə, Bakı, 1991, s.178-180 Azərbaycan Respublikasında abtomobil nəqliyyatı üzrə kadrların hazırlanması (1946-1960-cı illər)// Azərbaycan tarixinin problemləri/ Azərbaycan EA Tarix İnstitutu elmi konfransının məruzələri. Bakı: Elm,1992, s.191-194 Azərbaycan SSR abtomobil nəqliyyatının inkişafında fəhlələrin texniki yaradıcılığının rolu (1946-1960-cı illər)// Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi. Bakı, 1992, s. 251-253 Azərbaycan avtomobil nəqliyyatı işçilərinin mədəni həyat səviyyəsinin yüksəldilməsi (1946-1960-cı illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 81-ci ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2000, s.65-71 Azərbaycan avtomobil nəqliyyatı işçilərinin sağlamlığının mühafizəsində bədən tərbiyəsi və idmanın rolu (1946-1960-cı illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnsitutu Azərbaycan Xalq Cümhuriyyətinin 82-ci ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2000, s.19-21 Azərbaycan- Özbəkistan mədəni əlaqələrinin inkişafında teatrın rolu (70-ci illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 83-cü ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Elm, 2001, s.114-118 Azərbaycan Respublikasının Özbəkistan Respublikası ilə mədəni əlaqələrinin inkişafında kinonun rolu (70-ci illər)// Azərbaycan Tarix Qurumu və Azərbaycan EA Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümünə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Ağrıdağ, 2002, s.125-128. Azərbaycan Respublikasının Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 70-ci illəri)// Azərbaycan Tarix Qurumu və Azərbaycan MEA Tarix İnstitutunun elmi əsərləri. Bakı: Elm,2003, s. 105-112. Nəqliyyat və rabitə, I fəsil // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s.26-31. Sovet qoşunlarının İrana girməsi və Cənubi Azərbaycanda baş verən hadisələr, III fəsil // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 90-100. Xronoloji cədvəl // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 601-629. Biblioqrafiya // Azərbaycan tarixi, VII cild. Bakı: Elm, 2003, s. 493-536. Azərbaycan – özbək mədəni əlaqələrinin inkişafında xalq şairi Xəlil Rza Ulutürkün rolu // Milli mədəni irsimiz ən qiymətli sərvətimizdir elmi-praktik konfransının materialları / Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi, Bakı, 2004, s.148-150. Dostluq carçısı (Xəlil Rza Ulutürk haqqında) // BAPQS. Elmi xəbərlər. 2004, № 4, s.184-190. Azərbaycan – özbək mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) //Azərbaycan Tarix Qurumu və AMEA Tarix İnstitutunun Elmi əsərləri. Bakı: Elm, 2006, s. 97-104 Azərbaycan – özbək mədəni əlaqələri tarixindən (XX əsrin 60-cı illəri)// Elmi axtarışlar/AMEA Folklor İnstitutu, 2006, № 21, s.113-118. Azərbaycan – özbək mədəni əlaqələrin inkişafında xalq şairi Xəlil Rza Ulutürkün rolu// Elmi axtarışlar/ AMEA Folklor İnstitutu. - 2006, № 22, s.193-196. Azərbaycan – özbək mədəni əlaqələrin inkişafında teatrın rolu (70-ci illər)/ Sosial-siyasi problemlər/AMEA Fəlsəfə və Siyasi- Hüquqi Tədqiqatlar İnstitutu // Sosial -siyasi problemlər. 2007, № 3(16), s. 219-223. Azərbaycan – türkmən mədəni əlaqələrin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri. HE ser, 2007, №4, s.74-79. Milli təsviri incəsənət və Azərbaycan – Qazaxıstan mədəni əlaqələri // BQU Elmi xəbərləri. 2008, № 1, s. 82-86. Azərbaycan – türkmən musiqi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // BQU Elmi xəbərləri. 2008, № 2, s.116-121. Azərbaycan – Qırğızıstan kino əlaqələri tarixindən (XX əsrin 60-cı illəri). // BQU Elmi xəbərləri. 2008, № 3, s.118-124. Sovet qoşunlarının İrana daxil olması. Cənubi Azərbaycanda baş verən hadisələr //Azərbaycan 1941-1945-ci illər müharibəsində (məqalələr toplusu). Bakı: Elm, 2008, s.75-90. 1941-1945-ci illərdə Azərbaycan SSR-də nəqliyyat və rabitə. Azərbaycan 1941-1945-ci illər müharibəsində (məqalələr toplusu). Bakı: Elm, 2008, s.91-101. Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında təsviri-incəsənətin rolu (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser./ 2008, № 1, s.94-98 Əzirbayжаn – Kazakstan mədeni başlanıstarının damuındağı kinonun roli (XX ğasırdın 60-жıldarı) // Актуальные проблемы исторических дисциплин в системе образования Казахстана: Материалы международной научно практической конференции, посвященный 70-летию Чимкентского Института. Чимкент, 2008, s.199-202 /Qazax dilində/ Azərbaycan – Türkmənistan elmi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser. 2008, № 4, s. 92-102. Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında kinonun rolu (XX əsrin 60-cı illəri) // BDU Xəbərləri HE ser., 2008, № 3, s. 142-146. Azərbaycan – Qazaxıstan mədəni əlaqələrinin inkişafında Oljas Süleymenovun rolu // Dirçəliş – XXI əsr . 2008. № 128-129, s. 380-395. Azərbaycan – Türkmənistan elmi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) //AMEA Xəbərləri. TFH, 2008, № 9, s.132-144. Azərbaycan – türkmən musiqi əlaqələri tarixindən (XX əsrin 60-cı illəri) // ADPU Xəbərləri . HE ser. 2009, № 6, s. 72-77 Milli təsviri-incəsənətdə müasirlik ruhu və Azərbaycan – Türkmənistan mədəni əlaqələri (XX əsrin 60-cı illəri)// BQU Elmi əsərləri, 2009, № 2, s.77-83. Ozar va uzbek madaniy alokalarida teatrninq rolu //Teatr ( Tошkeнт). – 2010, № 3, s.34-35. /Özbək dilində/ Azərbaycan – Tacikistan elmi əlaqələri tarixindən (XX əsrin 80-cı illəri) // AMEA Məruzələri. 2010, № 6, s. 114-122. Azərbaycan tarixinin mənbəşünaslığı fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqaramları. Bakı: BQU-nun nəşriyyatı, 2010. s. 24-49. - /müştərək/ Azərbaycan tarixinin tarixşünaslığı fənninin proqramı // BQU-nun Tarix kafedrasının proqaramları. Bakı: BQU-nun nəşriyyatı , 2010. s. 50-78. - /müştərək/