İnqa Yankauskayte (tam adı: İnqa Yankauskayte, ; ) — Litva aktrisası, müğənnisi və piano ifaçısı.
Həyatı İnqa Yankauskayte 10 yanvar 1981-ci ildə Litvanın Kaunas şəhərində anadan olmuşdur. Kauno fonas və Ultra vires radiostansiyalarında radio DJ işləmişdir. 1997-ci ildə Yuozas Nauyalis adına Musiqi Akademiyasından məzun olduqdan sonra 1999-2002-ci illərdə və 2004-2005-ci illərdə Litva Musiqi və Teatr Akademiyasında təhsil almışdır.
L+ musiqi qrupunun üzvü olub. 2007-ci ildə Žvaigždžių duetai televiziya realiti şousunda iştirak etmiş İnqa Yankauskayte partnyoru Çeslovas Qabalislə birlikdə ikinci yeri tutmuşdur. Dviračio šou satirik xəbərlər verilişində "sarışın qız" obrazını oynamışdır. Hazırda İnqa Yankauskayte eyni zamanda həm Səs Litva verilişində münsiflər heyətinin üzvü, həm də Žvaigždžių duetai (Ulduzların duetləri) televiziya verilişində aparıcıdır.
Filmoqrafiya Theatre 2001 – King Kongo dukterysdə Berta, Tereziye Valserin əsəri, Naujosios dramos akcija 2004 – Marija Stiuartda Mariya Stüart, Fridrix Şillerin əsəri, Litva Milli Dram Teatrı 2005 – Demonai. Nelabieji. Apsėstieji. Kipšai.də Liza, Fyodor Dostoyevskinin əsəri, Litva Milli Dram Teatrı 2006 – Mažasis princasda Roza, Antuan de Sent-Ekzüperinin əsəri, Litva Milli Dram Teatrı 2007 – Meilė ir mirtis Veronojedə Cülyetta 2008 – Vilnius - Dakarasda Odre
Kinofilm 2004 – Tamamilə yalnızda Puşele 2010 – Zero2 (Gümüş durna ilə mükafatlandırılıb) 2013 – Kaip pavogti žmoną 2017 – Zero3 2017 – Trys Milijonai 2019 – Ir visi jų vyrai
TV 2007–2008 – Nekviesta meilėdə Meta 2017–18 - Səs Litvada Münsif/Məşqçi
İstinadlar
Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Litva müğənniləri Kateqoriya:XXI əsr aktrisaları