Fidel Kastro Diaz-Balart (; ) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito () təxəllüsü ilə tanınmışdır.
Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.
Həyatı
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Nüvə fizikləri