() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır.
Botaniki təsviri Hündürlüyü 20–35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10–15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10–14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6–20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir. Meyvələri yumru, açıq sarı rəngli, diametri 8–10 mm, quru qutucuqlardır.
Ekologiyası Amerika cökəsi yumşaq iqlimi olan rayonlarda becərilə bilər.
Azərbaycanda yayılması Respublıkamızda bəzi rayonlarda mədəni şəraitdə rast gəlinir.
İstifadəsi Yarpaqları və çiçəkləri yeməlidir. Çiçəklərin aktiv maddələrinə flovonoidlər, efir yağları daxildir. Bol nektarı həşaratların müxtəlif növləri tərəfindən istifadə olunur. Taxta əşyaların, qatar korpuslarının düzəldilməsində istifadə edilir. Cökənin çiçəklərindən hazırlanan çay xoş qoxuya malikdir. Tərkibində büzücü təsirə malik olan taminlər vardır.
Sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları