Luqansk Xalq Respublikası (rus. Луганская народная республика ) — Şərqi Avropada eyniadlı separatist tәşkilat tәrәfindәn qurulan tanınmayan separatist dövlәt. Donbass müharibəsi zamanı 2014-cü il aprelin 28-də Ukraynadakı müstəqil, suveren respublika kimi quruldu. Mayın 11-də müstəqillik referendumu keçirildi və müstəqilliyi ictimaiyyət tərəfindən təsdiq edildi. Mayın 12-də rəsmi olaraq müstəqilliyini elan etdi. Təsisçilər 24 may 2014 tarixində Donetsk Xalq Respublikası ilə bir konfederasiya imzaladılar.

Tarixi 2014-cü il mayın 11-də 96.2% səslə qəbul edilmiş müstəqillik referendumundan sonra yeni hökumət Rusiya və 13 başqa ölkəni 11 iyun tarixində öz müstəqilliyini tanımağa çağırdı. Onun müstəqilliyi Donetsk Xalq Respublikası və 2008-ci ildə Gürcüstandan ayrılaraq suveren olduğunu bəyan edən Cənubi Osetiya tərəfindən tanındı.

İstinadlar

Kateqoriya:Luqansk Kateqoriya:Ruslaşdırma Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:2014-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Donbass müharibəsi