1980 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 25-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1979 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İsraili təmsil edən Qali Atari və Milk & Honey qrupunun ifa etdikləri "Hallelujah" mahnısı ilə müsabiqədə qələbə qazanmalarının ardınca 1980-ci ildə İsrail müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Lakin İsrailin dövlət kanalı (IBA) iki il ard-arda Avroviziyanı təşkil etməyə kanalın maliyyə cəhətdən hazır olmadığını açıqlayaraq, ev sahibliyindən imtina etmişdir. 1980-ci ildə Avroviziyaya ev sahibliyini Niderland dördüncü dəfə öz üzərinə götürmüşdür. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada "Nederlands Congresgebouw" zalında keçirilmişdir. Müsabiqə 1980-ci ilin 19 aprel tarixində baş tutmuşdur.

Avroviziya 1980-nin keçiriləcəyi tarix Avropa Yayımlar Birliyi tərəfindən elan edildiyi gün İsrail həmin müsabiqədə iştirakdan imtina etmişdir. Buna səbəb müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi idi. Monako da maliyyə problemlərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir. Avropanın kiçik ölçülü ölkələrindən olan Monako müsabiqəyə 2004-cü ilədək qayıtmamışdır. 1980-ci ildə Mərakeş ilk dəfə Avroviziyaya qoşuldu və bu Afrika ölkəsinin müsabiqədə yeganə iştirakı olaraq qalmaqdadır. Eyni zamanda 1980-ci ildə Türkiyə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiya təmsilçisi Conni Loqan ifa etdiyi "What's Another Year" adlı mahnı qalib gəlmişdir. Bu İrlandiyanın Avroviziyada ikinci qalibiyyəti idi.

Final № Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 Almanca Blue Danube "Du bist Musik" Sən Musiqisən 8 64 02 Türkcə Ajda Pekkan "Pet'r Oil" Neft 15 23 03 Yunanca Anna Vissi və Epikuri "Autostop" (Ωτοστόπ) Avto dayanacaq 13 30 04 Fransızca Sofi və Maqali "Papa Pingouin" Papa-pinqvin 9 56 05 Ərəbcə Samira Bensayid "Bitaqat Khub" (بطاقة حب) Sevgi mesajı 18 7 06 İtalyanca Alan Sorrenti "Non so che darei" Bilmirəm nə verərdim 6 87 07 Danca Bamses Venner "Tænker altid på dig" Hər zaman səni düşünürəm 14 25 08 İsveçcə Tomas Ledin "Just nu!" Elə indi! 10 47 09 Fransızca Paola "Cinéma" Kino 4 104 10 Fincə Vesa-Matti Loiri "Huilumies" Fleytaçı 19 6 11 Norveçcə Sverre Kyelsberq və Mattis Hetta "Sámiid Ædnan" - 16 15 12 Almanca Katya Ebşteyn "Theater" Teatr 2 128 13 İngiliscə Prima Donna "Love Enough for Two" İki nəfər üçün yetərli sevgi 3 106 14 Portuqalca Joze Sid "Um grande, grande amor" Böyük, böyük bir sevgi 7 71 15 Niderlandca Meqqi MakNil "Amsterdam" Amsterdam 5 93 16 Fransızca Profil "Hé, hé M'sieurs dames" Hey, hey, xanımlar və cənablar 11 45 17 İngiliscə Conni Loqan "What's Another Year" Başqa bir il nədir? 1 143 18 İspanca Trigo Limpio "Quédate esta noche" Bu gecə qal 12 38 19 Fransızca Telex "Euro-Vision" Avro-Viziya 17 14

Nəticələr Səsvermə nəticələri Cəmi Avstriya 64 1 3 4 5 1 4 5 6 4 6 3 3 4 10 4 1 Türkiyə 23 3 12 8 Yunanıstan 30 5 1 2 2 4 3 1 8 4 Lüksemburq 56 1 1 4 6 3 7 8 7 8 3 8 Mərakeş 7 7 İtaliya 87 2 6 2 3 10 8 6 2 7 4 12 1 2 2 10 10 Danimarka 25 4 2 6 7 1 5 İsveç 47 8 10 10 6 5 5 2 1 İsveçrə 104 6 2 5 7 3 8 2 12 10 10 7 6 10 12 2 2 Finlandiya 6 5 1 Norveç 15 4 6 2 3 Almaniya 128 8 10 3 10 12 7 5 7 2 10 8 12 10 5 12 7 Böyük Britaniya 106 7 5 8 8 10 12 10 4 3 7 7 5 6 8 6 Portuqaliya 71 4 5 4 10 6 8 2 1 8 1 5 6 7 4 Niderland 93 12 12 6 12 3 3 10 8 2 4 12 1 5 3 Fransa 45 3 7 2 1 1 4 1 3 5 4 3 6 5 İrlandiya 143 10 12 7 1 12 7 12 8 12 12 12 5 6 8 7 12 İspaniya 38 4 7 8 6 5 6 2 Belçika 14 3 1 10

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1980-ci ildə Niderland