BS-3 SSRİ tərəfindən yaradılmış olan 100 mm-lik çapa malik tank əleyhinə topdur. Silahın rəsmi adı "100 mm-lik səhra Topu modeli 1944 (BS-3)" (Rusca: 100-мм полевая пушка образца 1944 года (БС-3)) olmuşdur. İkinci dünya müharibəsi dövründə xidmətə qəbul edilmiş top 1950-ci illərə qədər istifadə edilmişdir. 1955-ci ildə Qızıl Orduda yerini MT-12 Rapira tank əleyhinə toplara buraxmışdır. BS-3 modeli bir çox ölkəyə satılmışdır. Bəzi ölkələrin silahlı qüvvələrində hələ də istifadə edilir. Hal-hazırda da, BS-3 toplarına aid olan hissələri Rusiya Silahlı Qüvvələrinin artilleriya bölmələrində tapmaq mümkündür. Ayrıca olaraq, 2012-ci ildə Kuril adalarında yerləşdirilmiş gəmi əleyhinə və desant əleyhinə hərbi birlik olan XVIII artilleriya və pulemyot hərbi birləşməsinin arsenalında ən azı 12 ədəd BS-3 topunun olduğu məlumdur.
Tarixi BS-3 modeli əslində B-3 dəniz topunun bir başqa forması idi. Konstruksiyası V. G. Grabin tərəfindən həyata keçirilmişdir.
Top, tank ordusunun tərkibində, yüngül artilleriya diviziyalarının tərkibində (20 ədəd BS-3 və 48 ədəd ZiS-3) və artilleriya korpuslarının tərkibində xidmət etmişdir.
İkinci dünya müharibəsi dövründə BS-3 modeli çox uğurlu bir tank əleyhinə artilleriya silahı olmuşdur. Çox uzaq məsafədən düşmən tanklarını zərərsizləşdirməyi bacarırdı. Topdan ayrıca olaraq səhra topu kimi də istifadə etmək mümkün idi. 122 mm-lik A-19 toplarına görə daha gücsüz olmasına baxmayaraq, BS-3 topları daha çevik və sürətli atəş açmaq qabiliyyətinə sahib idi.
Sursat məlumatları Sursat Zireh dəlici: BR-412 Zireh dəlici ballistik sərt başlıqlı: BR-412B, BR-412D Yüksək patlayıcılı/Parça təsirli Mərmi ağırlığı, kq Zireh dəlici/ Zireh dəlici ballistik sərt başlıqlı: 15.88 Yüksək patlayıcılı/Parça təsirli: 15.6 Zirehi dağıtma xüsusiyyəti (BR-412B, 0 dərəcə ilə) 500 m : 160 mm 1000 m : 150 mm
İstifadəçilər
Xüsusiyyətləri Mənşəyi: Növü: Səhra və tank əleyhinə artilleriya İstehsal tarixi: 1944–1951 İstehsal miqdarı: 10,843 Çəkisi: 3,650 kg Uzunluğu: 9.37 m Üfüqi tuşlama bucağı: −5° ilə 45° arasında Lülə çapı: 100 mm Mərminin maksimum uçuş məsafəsi: 20 km Mərminin atış sürəti: 8 – 10 mərmi/dəqiqədə Təsirli məsafə: 9250 m Şaquli tuşlama bucağı: 58° sağa və ya sola Ekipaj: 6–8 nəfər Hündürlüyü: 1.5 metr Eni: 2.15 m
İstifadə edildiyi müharibələr İkinci dünya müharibəsi Vyetnam müharibəsi Yom Kippur müharibəsi
İstinadlar Kateqoriya:Odlu silahlar Kateqoriya:SSRİ artilleriyası