Juau Jilbertu () - braziliyalı musiqiçi, gitarist, bosa nova musiqinin ən məşhur simalarından biri.

Həyatı

Juau Jilberu 1931-ci ildə Braziliyanın Baiya bögəsində Juazeyru şəhərində imkanlı iş adamı Jovinianu Dominqos di Oliveyra və Martinya du Pradu Pereyra di Oliveyranın ailəsində dünyaya göz açmışdır. 1942-ci ilə qədər, Arakaju şəhərində təhsil almağa yollanana qədər burada yaşamış, 1946-cı ildə təhsilini başa vuraraq geri qayıtmışdır. Ona ilk gitara da təxminən bu dövrdə, 14 yaşında ikən atası tərəfindən alınmışdır. Juazeyruya qayıtdıqdan sonra o öz qrupunu - "Enamorados du Ritmu" (Ritm aşiqləri) yaratmışdır. 1947-ci ildə Baiyanın Salvador şəhərinə köçmüş və üç il burada yaşamışdır. Lakin, burada o təhsilini davam etdirmir və özünü tamamiylə musiqiyə həsr edir. 18 yaşı olarkən o artıq yerli Baiya İctimai Radiosunda kruner kimi fəaliyyətə başlayır.Garcia, Walter (1999). Bim bom : a contradição sem conflitos de João Gilberto(in Portuguese). Paz e Terra. ISBN 852190343X. Retrieved 7 July 2019.

Musiqi karyerası

Diskoqrafiyası

Məşhur əsərləri

İstinadlar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Musiqi Kateqoriya:Braziliya müğənniləri