Antik fəlsəfə — antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatə edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır.
Dövrləşməsi Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı problemləri maraqlandırırdı; Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdirlər; Klassik dövr. Platon və Aristoteldən başlayaraq bütün fəlsəfi problemlərə sintez şəklində hərtərəfli baxılmış, fəlsəfə sistemləşdirilmişdir; Ellinistik dövr. Fəlsəfi mərkəzlər Yunanıstandan Romaya köçmüş, Epikürçülər, stoaçılar, skeptiklər fəlsəfənin əsas problemi kimi insanın xoşbəxtliyə çatmasının yollarını araşdırmağa cəhd etmişdirlər. Dini dövr. Neoplatonizmin yaranmasından sonra fəlsəfə dini inanclarla qarışıq şəkildə inkişaf etmişdir. Erkən Xristianlıq dövrü. Monoteistik dinlərin qalib gəlməsi, onların üzərində fəlsəfənin gələcək inkişaf təməllərinin qoyulması.
Mənbələr
Ədəbiyyat Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s. Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, 298 s. Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlsəfə (ilk çağlar). Bakı: Əbilov, Zeynalov və qardaşlar, 2007, s. 104–114. Vill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktoru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006. Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən — fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007.
Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Fəlsəfi cərəyanlar Kateqoriya:Antik dövr Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi