– Sacra Music ilə əməkdaşlıq edən Yaponiya pop müğənnisi və mahnı yazarı. Fransız dilində "aimer" "sevmək" deməkdir.
Aimer musiqi karyerasına 2011-ci ildə başlamışdır. Bir çox anime serialı və dorama üçün mahnı bəstələmişdir. İndiyə kimi 6 studiya albom və bir çox sinql buraxmışdır. "Zankyosanka" (2021) mahnısı ilə ilk dəfə Japan Hot 100 çartında birinci yerə yüksəlmişdir.
İlk illəri Aimerin atası bir musiqi qrupunda bassçı idi, buna görə də Aimer çox gənc yaşlardan musiqi mühitində böyümüşdür. İbtidai məktəbdə piano çalmağı öyrənməyə başlamış, Rinqo Şiina və Utada Hikarudan nümunə götürmüşdür. Liseydə ikən Avril Lavinə qulaq asandan sonra gitar çalmağa və ingiliscə mahnı sözləri yazmağa başlamışdır. 15 yaşında Aimer vokal ifadan həddən artıq istifadə etdiyinə görə səsini itirmiş və müalicə üçün terapiyaya getməyə başlamışdır. Lakin sağalandan sonra öz fərqləndirici batıq səsini qazanmışdır.Barks. Aimer : Biography
Karyerası Aimer Yuki, Mika Nakaşima, Fkumpool, Superfly, Yuzu və Genki Rockets kimi müxtəlif sənətkarla işləyən və onlar üçün musiqi hazırlayan "Agehasprings" qrupu ilə işləmişdir. 2011-ci ildə musiqi karyerasına başlamışdır. 2011-ci ilində "Your favorite things" adlı konsepsiya albomunu buraxmışdır. Alboma caz və kantri janrında olan bir çox populyar işlər daxil etmişdir. Bir nömrəli kover Leydi Qaqanın "Poker Face" albomuna əsaslanır və iTunes Store-da caz kateqoriyasında peyda olan ilk mahnı olmuşdur. Albom 2-ci yerə kimi yüksəlmişdir.
7 sentyabr 2011-ci ildə Defstar Records-la birlikdə ilk mahnısı olan "Rokutousei no Yoru" mahnısını buraxmışdır. Mahnı Fuji TV tərəfindən 2011-ci ilin "No. 6" animesinin bağlanış mahnısı seçilmişdir. Mahnı Recochoku musiqi yayım çartında 9-cu yerə kimi çatmışdır. İkinci sinqlı 14 dekabr 2011-ci ildə buraxılmışdır. "Re:pray/ Sabishikute Nemurenai Yoru wa" Mora musiqi yükləmə çartı saytında 1-ci yerə çıxmışdır. Mahnı "Bleach" animesinin 29-cu bağlanış mahnısı seçilmişdir. Sinqla Leydi Qaqanın "Poker Face" albomunun koveri daxil edilmişdir. Mahnı daha öncə kover albomunda yer almışdır.
22 fevral 2012-ci ildə üçüncü sinqlı "Yuki no Furumachi/Fuyu no Diamond" sinqlını buraxmışdır. 11 may 2012-ci ildə "Hoshikuzu Venus" adlı rəqəmsal sinqlını buraxmışdır. Sinql Sasaki Nozominin "Koi nante Zeitaku ga Watashi ni Ochite Kuru no daro ka?" doramasının tema və arxaplan mahnısı olmuşdur. Bu dorama 16 aprel 2012-ci ildə yayımlamışdır. 15 avqustda Aimer "Anata ni Deawanakereba: Kasetsu Toka / Hoshikuzu Venus" adlı dördüncü sinqlını yayımlamışdır. Sinqla Nil Sedakanın "Breaking Up Is Hard to Do" mahnısının koveri daxil edilmişdir. Sinqlın ilk treki "Anata ni Deawanakereba: Kasetsu Toka" Fuji TV-nin "Natsuyuki Rendezvous" animesinin bağlanış mahnısı olmuşdur.
20 mart 2013-cü ildə Aimer "RE:I AM" sinqlını buraxmışdır. Mahnı "Mobile Suit Gundam Unicorn" animesinin son seriyasından öncəki seriyada bağlanış mahnısı olmuşdur. Verdiyi müsahibəyə görə mahnının adı onun adının (Aimer) anaqramıdır. Aimerin 8-ci sinqlı "Brave Shine" "Fate/stay night: Unlimited Blade Works" animesinin ikinci açılış mahnısı olmuşdur və sinql 3 iyun 2015-ci ildə buraxılmışdır. Digər mahnısı "Last Stardust" da açılış mahnısı üçün namizəd olsa da, 20-ci seriyada daxili mahnı kimi istifadə olunmuşdur.
18 avqust 2016-cı ildə Aimer öz 4-cü studiya albomu olan "Daydream"-in 21 sentyabrda buraxılacağını, alboma Taka (ONE OK ROCK), Yojiro Noda (RADWIMPS), TK (Ling Tosite Sigure), chelly (EGOIST), Takahito Uchisawa (androp), Hiroyuki Savano, Sukima Switch və Mao Abe kimi sənətkarla birlikdə hazırladığı işləri daxil edəcəyini açıqlamışdır. Taka əlavə olaraq albom üçün 4, TK isə 2 mahnı hazırlamışdır. Alboma chelly və Hiroyuki Savano ilə birlikdə "Kabaneri of the Iron Fortress" animesi üçün hazırlanmış bağlanış mahnısı və ümumilikdə 13 trek daxil edilmişdir. Albom üç versiyada buraxılmışdır: məhdud CD+Blu-ray, məhdud CD+DVD nəşri və adi CD nəşri. "Falling Alone" albomun baş treki kimi istifadə olunmuş və daha öncə 10-cu rəqəmsal sinqlı kimi buraxılmışdır.
20 avqust 2016-cı ildə Aimer Music Station-da "Chouchou Musubi" mahnısı ilə ilk dəfə öz üzünü göstərmişdir. Dördüncü albomu "Daydream"i anons etdikdən sonra "Natsume's Book of Friends" animesinin beşinci mövsümünün bağlanış mahnısı olan "Akane Sasu" mahnısını anons etmişdir.
5 yanvar 2017-ci ildə Aimerin multimedia əyləncə studiyası olan Moment Factory tərəfindən təşkil olunan "Tabegamisama no Fushigina Resutoranten" adlı yapon kulinariya sərgisi üçün mahnı yazacağı anons edilmişdir. Bir gün sonra rəsmi Twitter hesabında mahnının adının "Kacho Fugetsu" olacağını açıqlamışdır. Daha sonra, Yaponiya "Ubai ay, fuyu" doramasının açılış mahnısı "Kogoesona Kisetsu Kara" sinqlını və 10 fevral 2017-ci ildə buraxacağını anons etmişdir. Aimerin ən məşhur mahnıları "Blanc" və "Noir"-ın daxil edildiyi iki yığma albom üçün 3 may 2017-ci il buraxılış tarixini açıqlamışdır. Onlara iki yeni sinql da daxil edilmişdir.
Aimerin "Ref:rain" adlı rəqəmsal olaraq 18 fevral 2018-ci ildə buraxılmış, fiziki şəkildə isə 21 fevral 2018-ci ildə buraxılmışdır. Mahnı 2018-ci il istehsalı "After the Rain" anime serialının bağlanış mahnısı olmuşdur. 7 sentyabr 2018-ci ildə "Black Bird" adlı yeni sinqlını yayımlamışdır. Bu sinql "Kasane" manqasının Yaponiya film adaptasiyası üçün istifadə olunmuşdur.
26 yanvar 2019-cu ildə Aimer 10 aprel 2019-cu ildə "Sun Dance" və "Penny Rain" adlı iki albom buraxacağını açıqlamışdır. Onun "Torches" adlı mahnısı "Vinland Saga" manqasının anime adaptasiyasının bağlanış mahnısı kimi istifadə olunmuşdur.
Diskoqrafiya
Studiya albomları Başlıq Albom detalları Ən yüksək yer Satışlar Sertifikatlar YPN KOR Sleepless Nights Buraxılıb: 3 oktyabr 2012 Studiya: DefSTAR Records Formatlar: CD, CD+DVD, rəqəmsal yükləmə11— Midnight Sun Buraxılıb: 25 iyun 2014 Studiya: DefSTAR Records Formatlar: CD, CD+DVD, rəqəmsal yükləmə9— YPN: 19,000+ Dawn Buraxılıb: 29 iyul 2015 Studiya: DefSTAR Records Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə43 YPN: 39,000+ KOR: 600 Daydream Buraxılıb: 21 sentyabr 2016 Studiya: SME Records Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə23 YPN: 100,000+ KOR: 600 RIAJ: Gold Sun Dance & Penny Rain Buraxılıb: 10 aprel 2019 Studiya: SME Records Formatlar: 2CD+2Blu-ray, 2CD+2DVD—— Sun Dance Buraxılıb: 10 aprel 2019 Studiya: SME Records Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə366 YPN: 37,356 Penny Rain Buraxılıb: 10 aprel 2019 Studiya: SME Records Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə267 YPN: 36,296
Ən yaxşı albomlar Başlıq Albom detalları Ən yüksək yer Satışlar Sertifikatlar YPN KOR }} Blanc Buraxılıb: 3 may 2017 Studiya: SME Records Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə34 YPN: 100,000+ KOR: 500 RIAJ: Qızıl Noir Buraxılıb: 3 may 2017 Studiya: SME Records Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə45 YPN: 100,000+ KOR: 500 RIAJ: Qızıl
Mini albomlar Başlıq Albom detalları Yüksək yer YPN After Dark Buraxılıb: 20 noyabr 2013 Studiya: DefSTAR Records Formatlar: CD, rəqəmsal yükləmə23 Buraxılıb: 3 sentyabr 2014 Studiya: DefSTAR Records Formatlar: CD, CD+DVD, rəqəmsal yükləmə18
Sinqllar Başlıq İl Ən yüksək yer Albom YPN Oricon JPN Billboard 201128—Sleepless Nights 41— 201272— 26— "L-O-V-E"——Bitter & Sweet —— "RE:I AM"20136—Midnight Sun —— 2014317 934DAWN "Brave Shine"201544 —— "Ninelie"201694Daydream "Insane Dream" / "Us"1317 108 "Falling Alone"—— 88 201722Sun Dance & Penny Rain 201866 53 201912"STAND-ALONE"——
Kover albomları Başlıq Albom detalları Ən yüksək yer YPN Your Favorite Things Buraxılıb: 11 may 2011 Studiya: DefSTAR Records Format: rəqəmsal yükləmə — Bitter & Sweet Buraxılıb: 12 dekabr 2012 Studiya: DefSTAR Records Formatlar: CD, rəqəmsal yükləmə53
Birgə albomlar BaşlıqAlbom detallarSənətçilər UnChild Buraxılıb: 25 iyun 2014 Studiya: DefSTAR Records Formatlar: CD, rəqəmsal yükləməSawanoHiroyuki[nZk]:Aimer Another Me Buraxılıb: 13 avqust 2014 Studiya: J-More Format: rəqəmsal yükləməFukui Mai x Aimer
Qonaq iştiraklar MahnıİlAlbomAlbom sənətçisi "Banana Fish to Hamabe to Kuroi Niji" (Aimerlə) 2014 See More Glass Galileo Galilei "Song of ..<AM>" 2015 o1 SawanoHiroyuki[nZk] "S-ave" "Bed / Love Song" (Aimerlə) 2016 Sea and the Darkness Galileo Galilei "bL∞dy f8 -eUC-"Into the Sky EP SawanoHiroyuki[nZk] "Told U So"P.Y.L illion "Bright Stars" (Aimerlə) Kings of the Playground Grown Kids "Listen" (Avril Lavinlə); (Aimer arxafon vokalı kimi)2017 Ambitions One Ok Rock "Ninelie <Cry-v>" 2V-ALK SawanoHiroyuki[nZk] "Memento Mori" (Aimerlə) 2018 Cocoon androp "I-mage" (Aimerlə) 2019 R∃/MEMBER SawanoHiroyuki[nZk]
İstinadlar
Xarici keçidlər
Aimer Sony Music Entertainment Japan-da Aimer Ageha Springs-də
Aimer diskoqrafiyası iTunes-da Aimer diskoqrafiyası Discogs-da
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Yaponiya pop müğənniləri Kateqoriya:Yaponiyanın qadın müğənniləri Kateqoriya:Yaponiya cazmenləri Kateqoriya:Yaponiya rok-musiqiçiləri Kateqoriya:Qadın pianoçular Kateqoriya:Yaponiyanın qadın pop müğənniləri