Hakmehmet — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İğdır şəhərindən 13 km uzaqlıqdadır. İqlimi kontinentaldır.
Tarixi 17 sentyabr 1919-cu ildə kənddə ermənilər tərəfindən öldürülmüş 53 şəhidin şərəfinə İğdır valiliyi tərəfindən 4 avqust 2002-ci ildə xatirə abidəsi qoyulmuşdur.
Coğrafiya Kənd Iğdır şəhərindən 13 kilometr uzaqlığda yerləşir.
Əhalisi Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. İllərə görə kənd əhalisi 2019 415 2018 448 2017 403 2016 388 2015 386 2014 408 2013 416 2012 400 2011 404 2010 438 2009 452 2008 436 2007 378 2000 563 1990 612 1985 785 1980 727 1975 668 1970 592 1965 503 1960 440 1955 385 1950 409 1945 336 1940 307 1935 466 1886 512
Təsərrüfat Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
İnfrastruktur Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi olsa da, kanalizasiya yoxdur. Sağlamlıq ocağına sahibdir. Kəndə gedən yol asfaltlaşdırılmamışdır. Elektrik və telefon xətləri vardır.
İstinadlar
Mənbə Yerelnet
Kateqoriya:İğdır ilçəsinin bəldə və kəndləri