Bərdə — Azərbaycan Respublikasının Bərdə rayonunun Bərdə şəhər inzibati ərazi dairəsində şəhər, Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır.Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8

Etimologiyası Bərdə ilkin olaraq V əsr İran şahı Firuzun şərəfinə Peroz-Kavat və ya Perozabad adlandırılmışdır, lakin farsmənşəli bu ad geniş yayılmamışdır.

Şəhərin indiki adı "Partav" variantından gələn ərəb dilindəki "Bərdə" () formasından törəmişdir.Pourshariati, Parvaneh. Decline and Fall of the Sasanian Empire: the Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London: I.B. Tauris, 2008, p. 116, note 613. Adın etimologiyası qəti müəyyən edilməmişdir. İranşünas Anahit Perixanyana görə, bu ad iranmənşəli olub, "ətraf" mənasını verən "*pari-" və "atmaq; qalaqlamaq" mənasını verən "*tā̆v-" köklərindən düzəlmiş, "*pari-tāva-" (istinadgah divarı, istehkam) mənasını ifadə etmişdir. Périkhanian, Anahit G. "Этимологические заметки" [Notes on Etymology]. Patma-Banasirakan Handes 1 (1982), 77-80. Bununla belə, Dağıstan tarixçisi Murtazəli Hacıyevin fikrinə görə, bu ad "Parfiya/Arşaki" mənasını daşıyır. Bu ad gürcü mənbələrində "Bardav[i]" () kimi qeydə alınmışdır.

Tarixi

Ərəb tarixçisi Bəlazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483–531)А. В. Гадло. Этническая история Северного Кавказа IV–X вв. — И: Pubmix.com — стр. 103 — ISBN 9785458285179 İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336–323) dövründə salındığını bildirmişdir. Tarixçi Musa Kalankatlının sözlərinə görə, şəhərin təməli Qafqaz Albaniyasının hökmdarı II Vaçenin (459–484) hakimiyyəti dövründə qoyulmuşdur.

IV və V əsrlərdə Bərdə şəhəri çiçəklənmişdir. 552-ci ildən başlayaraq Bərdə Qafqaz Albaniyasının dini mərkəzinə çevrilmişdir.

VII əsrin birinci yarısında Bərdə ərəb–xəzər müharibələrinin arenasına çevrilmişdir. 628-ci ildə şəhər xəzərlər tərəfindən ələ keçirilmişdir. 639-cu ildə Sasani feodallarının Bərdəyə hücumları Albaniya hökmdarı Cavanşir tərəfindən dəf edilmişdir. Xəlifə Osmanın (644–656) dövründə Bərdə ərəblər tərəfindən ələ keçirilmişdir. 752-ci ildə şəhər Arran bölgəsinin paytaxtı olmuşdur.

Mənbələrə görə VII–IX əsrlərdə Bərdə şəhərinin eni və uzunluğu 5–6 km olub, ətrafına möhtəşəm qala divarları çəkilmişdir. Dəmirdən böyük darvazaları olan bu qala divarları o dərəcədə möhtəşəm olubdur ki, ciddi təhlükələr zamanı nəinki şəhərin öz əhalisi, hətta bütün ətraf ərazinin əhalisi də düşməndən müdafiə olunmaq üçün buraya pənah gətirirlərmiş. Həmin dövrdə Bərdədə 100 mindən çox adam yaşayırmış. Şəhərdə 4 böyük bazar, xüsusi sənətkarlıq məhəllələri, bir neçə hamam və Şərq memarlığı üslubunda tikilmiş çoxlu dini və ictimai binalar mövcud olmuşdur. Həmin dövrdə Bərdədə mövcud olmuş sikkəxanada müxtəlif hökmdarların adına mis, gümüş və qızıl pullar kəsilmişdir. thumbnail|250px|Bərdədə tərtərçay üzərində əski körpü Tarixi faktlar göstərir ki, Bərdənin ən çiçəklənən vaxtı IX-—XII əsrlər olmuşdur. Bu dövrdə Bərdə Azərbaycanın nəinki inzibati və dini, həm də bu dövrdə bütün Azərbaycanın iqtisadi mərkəzinə çevrilmişdir. Qərb ilə Şərq, Şimal ilə Cənub ticarət yollarının üzərində yerləşən Bərdəni orta əsrlərdə Şərq ticarətinin düyün nöqtəsi adlandırırdılar. Bərdə şəhəri bir sıra səbəblərdən bir neçə dəfə öz yerini dəyişmişdir. Bir səbəbi Tərtər çayının coşğun selləri, digər səbəbi isə xarici basqınlar o1muşdur. Ciddi elmi axtarışlar nəticəsində müəyyən edilmişdir ki, Bərdə indiki yerinə XII–XIII əsrlərdən sonra gəlmişdir. Əvvəllər isə bir qədər qərbdə olmuşdur. Hazırda Bərdə şəhərində cəmi iki ədəd yerüstü abidə mövcuddur. Onlardan biri yerli əhali arasında Nüşabə qülləsi adlanan abidədir.

Orta əsrlərdə Bərdədə Bab əl-Əkrad () adlı darvaza var idi ki, burada kürdlərin yaşadığı məhəllə yerləşirdi. İbn Miskəveyh qeyd etmişdir ki, rusların hücumları zamanı yerli hökmdarın əmrində kürdlər də olmuşdur.Bois, Th.; Minorsky, V.; Bois, Th.; Bois, Th.; MacKenzie, D.N.; Bois, Th. "Kurds, Kurdistan." Encyclopaedia of Islam. Edited by: P. Bearman , Th. Bianquis , C.E. Bosworth , E. van Donzel and W.P. Heinrichs. Brill, 2007.

Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər.Kennedy, Hugh (2004). The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century, 2nd ed. Harlow: Longman, p. 256. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985–1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya imperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür.

XV əsrdə Bərdə Əmir Teymurun ordusu tərəfindən hücuma məruz qalmışdır. 1736-cı ildə şəhər Nadir şah tərəfindən talan edilmişdir.

Bərdə əhalisi 200–300 nəfəri keçməyən kiçik bir yaşayış məntəqəsi kimi Qarabağ xanlığının tərkibinə daxil olmuşdur.

1727-ci ildə Bərdə şəhəri 6 məhəllə 472 ailədən ibarət olmuşdur.

Bərdə rus-tatar məktəbi 1883-cü ildən fəaliyyət göstərməyə başlamışdır. XIX əsrin sonlarında Bərdə ərazisində üç rus məktəbi açılmışdı. İlk müəllimləri Qori Müəllimlər Seminariyasının məzunları olmuşdur. O vaxt qızları məktəbə götürmədiklərinə görə, bu məktəbin ilk şagirdləri 7 oğlan olmuşdur. Məktəbin açılmasında Nəcəf bəy Vəzirovun böyük xidmətləri olmuşdur. Bu, indiki Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdir.https://sputnik.az/life/20180310/414384814/berdede-135-illik-rus-mektebi.html

1920-ci ilin yayında baş qaldırmış Qarabağ üsyanını yatırmaq məqsədilə bir sıra Azərbaycan şəhərləri – Bərdə, Tərtər, Ağdam, Xankəndi və Şuşa toplardan atəşə tutulmuş və bolşevik qüvvələri tərəfindən işğal edilmişdir.

Azərbaycan SSR-də ilk maşın-traktor stansiyaları (MTS) Bərdə və Goranboyda yaradılmışdır.

1944-cü ildən 1948-ci ilə qədər Bərdə Dövlət Dram Teatrı fəaliyyət göstərmişdir. Teatr 1944-cü ilin sonlarında yaradılıb və fəaliyyətə 1945-ci il may ayının 1-də başlayıb. Mürşüd Haşımlı, Ağası Zeynalov və Oqtay Xəlilov bədii rəhbər, Alp Ağamirov və Yusif Məmmədov aktyor-rejissor, Abbas Babayev rəssam, İsfəndiyar Abdullayev musiqi hissə müdiri olublar. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə bütün teatrlar özünümaliyyələşdirmə sisteminə keçdi. Maddi çətinliklərlə qarşılaşan Bərdə Teatrı 1948-ci ilin mart-aprel aylarında bağlandı və əmlakın əsas hissəsi Ağdam Dövlət Teatrına verildi. Truppanın bir sıra aktyorları və rekvizitin, butaforun, geyimin az bir hissəsi Bərdə rayon mədəniyyət evinin sərəncamına keçdiİlham Rəhimli.Azərbaycan Teatr Ensiklopediyası Bakı. 2016.

Azərbaycanlı şair və ictimai-siyasi xadim Bəxtiyar Vahabzadə sovet dövründə, xüsusilə sonralar "durğunluq illəri" adlandırılan dövrdə respublikanın aqrar rayonlarında mövcud olan rəqəmşişirtmə və pambıq planı arxasınca qaçma meyllərini tənqid etmişdir, Vahabzadə deputat fəaliyyəti dövründə Bərdədə yerləşən uşaq evinin oyun həyətinin belə şumlanaraq pambıq əkininə cəlb edilməsini bu problemin bariz nümunəsi kimi qeyd etmişdir. Müəllif Azərbaycan SSR Ali Sovetinin sessiyalarından birində xalq deputatı kimi çıxış etmiş, bu məsələni və uşaqların hüquqlarının pozulmasını qaldırdığını bildirmişdir. Bu çıxışdan sonra iclas fasiləsində rayon rəhbərliyində təmsil olunan vəzifəli şəxslərdən biri onun tənqidinə etiraz edərək deputatın yalnız yaradıcılıq işləri ilə məşğul olmasını tələb etmiş və idarəetmə işlərinə qarışmamasını istəmişdir. Vahabzadə bu hadisəni idarəetmədəki bürokratik harınlığın, dövlət məmurlarının xalqın real problemlərindən uzaqlaşmasının və "aşağı təbəqənin" fikirlərinə laqeyd münasibətin göstəricisi kimi qiymətləndirmişdir. O, həmçinin xalqın etimadını qazanmış deputatların bəzən öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərini vurğulamışdır. Sözügedən vəzifəli şəxsin sonradan pambıq istehsalındakı rəsmi göstəricilərin saxtalaşdırılması ilə bağlı törətdiyi qanunsuzluqlara görə vəzifəsindən kənarlaşdırıldığı qeyd olunur.

1990-cı ildə Bərdə Birinci Qarabağ müharibəsində doğma torpaqlarını itirmiş Ağdam, Kəlbəcər, Laçın və daha sonra Xocalı sakinlərinin sığınacaq yerinə çevrilmişdir.

24 mart 2006-cı il tarixində Prezident İlham Əliyev "Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" fərman imzalamışdır.

28 oktyabr 2020-ci il tarixində Bərdə şəhəri Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ciddi zərər çəkmişdir. Hücum zamanı 21 nəfər həlak olmuş, təxminən 70 nəfər isə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, Bərdə şəhəri "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutulmuşdur. Şəhərin baş küçəsi ilə hərəkət edən "The New York Times" qəzetinin jurnalist qrupu da Ermənistan tərəfindən açılan raket atəşinə məruz qalmış və şəhərdə bir sira gurultulu partlayışların baş verdiyini qeydə almışdır. "Amnesty International" və "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatları Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş kasetli sursatlardan istifadə etdiyini təsdiqləmişdir.

İqtisadiyyatı Bərdə, Azərbaycanın bir sıra digər bölgələri ilə birlikdə, Aran iqtisadi bölgəsinin bir hissəsidir.

Sənaye müəssisələri: pambıq təmizləmə zavodu, yağ-pendir zavodu, dəmir-beton zavodu və geyim fabriki. Əhalinin əsas məşğuliyyətləri kənd təsərrüfatı, pambıqçılıq, ipəkçilik və quşçuluq, eləcə də süd məhsulları istehsalıdır. Bərdə ipəkqurdu barama qurutma zavodu da fəaliyyət göstərir.

Əhalisi 1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalınmasına əsasən, Bərdə Azərbaycan SSR-nin Cavanşir rayonunun eyniadlı kənd icmasının bir hissəsi idi. Əhalisi 679 nəfər (148 ev təsərrüfatı), əsas etnik mənsubiyyəti Azərbaycan türkləri (azərbaycanlılar) idi.

İstinadlar

Həmçinin bax

Bərdə Dövlət Dram Teatrı Bərdə Şəhidlər Xiyabanı Bərdə rus-tatar məktəbi

Xarici keçidlər Bərdə və bərdəlilər. Bakı: "Nərgiz", 2010. anspress.com saytı

Kateqoriya:Azərbaycan paytaxtları Kateqoriya:Bərdə rayonunun şəhərləri Kateqoriya:Qafqaz Albaniyası Kateqoriya:Qafqaz Albaniyası şəhərləri